AŞ PA prezidenti və məruzəçisinin Azərbaycana səfərinin pərdəarxası məqamları

14:54 05-09-2019 | icon 141 | Gündəm
AŞ PA prezidenti və məruzəçisinin Azərbaycana səfərinin pərdəarxası məqamları

Bu ay AŞ PA prezidenti və məruzəçisi Azərbaycana səfər edəcəklər. Onların ölkəmizdə hansı məsələləri müzakirə edəcəkləri, kimlərlə görüşəcəkləri, xüsusilə, hüquq müdafiəçiləri və müxalifətlə görüşüb-görüşməyəcəkləri hələlik məlum deyil.

 

AŞ PA prezidenti və məruzəçisinin gəlişi bir məsələni yenidən aktual edib. Belə ki, təxminən 10 il öncəyə qədər məruzəçilər ölkəmizə gələndə iqtidar ciddi narahat olur, müxalifət isə bundan bəhrələnir, rəqibinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirdi. Amma indi belə deyil. Çünki son illərdə avropalı rəsmilər ümumiyyətlə müxalifətçilərlə görüşmür, yaxud nadir hallarda görüşürlər.

 

“AŞ PA prezidentinin müxalifətlə də görüşəcəyini düşünürəm”

 

Mövzu ilə bağlı danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu istənilən halda AŞ PA məruzəçilərinin səfərini vacib sayır: 

“Sentyabrın 3-də AŞ PA-dan gələn bir xanımla görüşdük. O, Azərbaycana bələdiyyələrin işini canlandırmaq, bələdiyyələri tanıtdırmaq, bələdiyyələrə azadlıq vermək kimi təşəbbüslərlə gəlmişdi. Çox gözəl təşəbbüsdür. Biz onları alqışladıq ki, doğrudan da bələdiyyələrə status vermək, onlarla işləmək çox vacibdir. Sentyabrın 11-də AŞ PA prezidenti ilə görüşəcəyik. O bu vəzifəyə yeni gəlib. Görək nələri deyəcək. Onun kimlərlə görüşəcəyini bilmirik. Verəcəyi suallardan da xəbərsizik. Yəqin ki, siyasi məhbuslar haqqında danışacaq. AŞ PA məruzəçisi ölkəmizə səfər edəndə mütləq hüquq müdafiəçiləri ilə görüşəcək. Amma müxalifətlə görüşüb-görüşməyəcəyini bilmirəm. Ancaq AŞ PA prezidentinin müxalifətlə görüşəcəyini düşünürəm. Həmməruzəçilər pis-yaxşı işlərini görürlər. Hökumət də siyasi məhbusları azad edir. Son mart əfvində hər kəs gördü ki, nə qədər siyasi məhbus azad olundu. Digər yollarla da azadlığa buraxılan siyasi məhbuslar az deyil. Yəni bu işləri görürlər. Hökumət müəyyən qədər dəyişikliklərə də gedir. İstənilən halda AŞ PA həmməruzəçilərinin Azərbaycana səfərləri vacibdir. Hökumət müəyyən qədər onların dediklərinə cavab da verir. Avropa Şurası və ittifaqı kimi mötəbər qurumların fəaliyyəti çox lazımlıdır. Amma hər dövlətə yanaşmada ayrı-seçkilik olmamalıdır. O qurumlarla işləmək, onlardan nəsə öyrənmək çox vacibdir. Onlar da bizdən çox şey öyrənməlidir”.

 

“Qərbin siyasi institutları və təşkilatları Azərbaycanda sifətlərini az-çox saxlamağa çalışırlar”

 

AMİP katibi Əli Orucov Qərbin Azərbaycana böyük önəm verdiyini düşünür: 

“Mən bildiyim qədər AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Thorhild Sunna Evarsdottir sentyabrın 5-7-də Bakıda rəsmi səfərdə olacaq T.S.Evarsdottir səfər çərçivəsində Milli Məclis, Ali Məhkəmə, Ədliyyə Nazirliyi, Baş Prokurorluq və Prezident Administrasiyasında görüşlər keçirəcək. Həmməruzəçilərin növbəti dəfə ölkəyə səfər etmələri ehtimal ki, mövcud durumla yerində tanış olmaq, öhdəliklərin yerinə yetirilməsi və digər məsələlərlə bağlı olacaq. Mən hesab etmirəm ki, onların Azərbaycana səfərləri hansısa düşərgədə emosional hissləri dəyişdirir. Çünki Qərbin Azərbaycana münasibəti bu məruzəçilərin hazırlayıb müzakirəyə çıxardıqları hesabatlarla fundamental olaraq dəyişmir. Qərb üçün Azərbaycan enerji və geopolitik təhlükəsizliyi baxımından vacib ölkə olduğundan burada demokratiyanın vəziyyəti ilk sıralarda dayanmır. Bunu qərb diplomatlarının və rəsmi şəxslərinin dilindən də dəfələrlə eşitmişik ki, Azərbaycan, enerji və nəqliyyat şaxələndirilməsi, yaxud da təhlükəsizlik məsələləri ilə bağlı əhəmiyyətli ölkədir. Bu prinsiplər ana xətt olanadək həmməruzəçilərin və hesabatların mövqeyi və xarakteri səthi olmaqda davam edəcək. Üstəlik də ötən illərdə Qərb qurumlarına baş verən korrupsiya qalmaqalları və rüşvət faktorları, ikili standartlar təkcə Azərbaycan cəmiyyətində deyil, ümumilikdə mütərəqqi cəmiyyətlərdə demokratik dəyərlərə inamı bir qədər zədələyib. Xüsusən də postsovet ölkələrində Qərb dəyərlərinə inam ciddi surətdə sarsılıb. Bu baxımdan da müxalifətin, yaxud da iqtidarın həmməruzəçilərin səfərlərin pozitiv mənada nələrisə dəyişəcəyinə inam azdır. Lakin bununla belə hakimiyyətin narahatlıq doğuran məsələlərin müəyyən qədər qarşısının alınmasında rolu var. Açıq hiss edilir ki, Qərb Azərbaycan iqtidarı ilə açıq konfrantasiyaya getmək həvəsində deyil. Siyasi məhbusların alver predmetinə çevrilməsinin tarixi on illiklərə gedib çıxır. Qərbin siyasi institutları və təşkilatları Azərbaycanda sifətlərini az-çox saxlamağa çalışırlar. Bu onlara lazımdır. Zəif, səthi, ehtiyatlı yanaşma da olsa Qərblə Azərbaycan arasında münasibətlərin davamı mütləq vacibdir. Bu tellərin qırılması cıddı fəsadlara yol aça bilər. Müxalifət olaraq biz Qərblə daha sıx və çoxşaxəli əlaqələrin qurulmasında maraqlıyıq. Bununla belə, bütün ümidləri Qərbə bağlamağın da tərəfdarı deyiləm. Poblemlərimizin həllinə, ölkədə demokratik dəyərlərin bərqərar olmasına özümüz də can atmalıyıq.” /musavat.com/

 

Versus.Az

Xəbər lenti

MSK daha beş seçki məntəqəsində nəticələri etibarsız sayıb

"Baxış nəticəsində məlum olub ki, 16 protokol orijinal protokollarla eynilik təşkil edir"

İsmayıl Vəliyev Neftçala RİH başçısı vəzifəsindən azad edilib

Azərbaycan və İtaliya prezidentlərinin geniş tərkibdə görüşü olub

Bərdədə kollec direktoru və müavini rüşvətə görə tutulub

125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edilib

“Səslə bizi Xocalı! Cavanı, həm qocanı” - MUZEYDƏ TƏDBİR

Bu saxtakarlığın arxasında başqa hansı məmurlar var?

Sabahın hava proqnozu

Fevralın 26-da ilk dərslər Xocalı soyqırımına həsr ediləcək

Doktor Dulittlın heyrətamiz səyahəti filminin qapalı təqdimatı keçirildi

Rusiya terrorçulara qoşulan azərbaycanlı qadını İnterpol xətti ilə axtarır

Mandat ala bilməyən müxalifət çıxış yolu axtarışında

Bəzi regionların dövlət xəstəxanalarında tibbi fakültələr açıla bilər

Laçın və Kürdəmir sakinlərindən silah götürülüb

"Rusiya, İran və Türkiyə prezidentlərinin görüşü üçün iş aparılır"

Bakıda yerli məhsulların sərgisi keçirilir

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Tərtərin icra rəhbərliyi prezidentin sərəncamına niyə məhəl qoymur?

10 saylı Binəqədi 3-cü secki dairəsindən deputatlığa namizədlər BƏYANAT yaydı

64 il əvvəl -Şərqdə ilk televiziya 

Bakı Avropanın ən romantik şəhərləri reytinqində yer alıb

Prezident İlham Əliyevin Almaniyaya səfəri başlayıb

Dünyanın ən yaraşıqlı kişisi- Siyahı

Koronavirus: Bakıda 2 nəfər müalicə alır - Rəsmi

Mübariz Süleymanlı ömrünün 58-ci ilində

Əlabbas Məhərrəmlidən seçkilərin nəticələrinə etiraz

Hava şəraiti yollarda sürət həddini endirib

Bakı Şəhər İcra Hakimiyyətinə yeni mətbuat katibi təyin edilib

Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər


Röya: “Brilliant məni qapıdan qovur” – VİDEO

Uşağın beynini gücləndirən qidaların – Siyahısı

Muzey əməkdaşları film çəkilişində iştirak ediblər