Tələbə adını qazanan gənclərlə görüş

15:11 05-09-2019 | icon 740 | Cəmiyyət
Tələbə adını qazanan gənclərlə görüş

Tovuz rayonunun  Habil Vəliyev adına Əlibəyli kənd tam orta məktəbindən, Naiq Yusifov adına Ağdam kənd tam orta məktəbindən, Asif Sadıqov adına Vahidli kənd tam orta məktəbindən, Düz Qırıqlı kənd 1 saylı tam orta məktəbindən, Dilman Süleymanov adına Dönük Qırıqlı kənd tam orta məktəbindən, Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Habil Cəfərov adına Hunanlar kənd tam orta məktəbindən, Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta məktəbindən, Firudin Qasımov adına Xatınlı kənd tam orta məktəbindən, Cavanşir Sadıqov adına Qədirli kənd tam orta məktəbindən, Rəfail İsmayılov adına Düz Cırdaxan kənd tam orta məktəbindən, Elşad Tağıyev adına Cəlilli kənd tam orta məktəbindən, Eyvaz Bayramov adına Əyyublu kənd tam orta məktəbindən, Sahib İskəndərov adına Əyyublu kənd tam orta məktəbindən, Rövşən Alıyev adına Əyyublu kənd tam orta  məktəbindən, Əyyublu kənd 1№-li tam orta məktəbindən bu il ali məktəblərə qəbul olunmuş gənclərlə görüşdə millət vəkili Q.Paşayeva tələbə adını qazanmış gəncləri təbrik edərək onlara uğurlar arzulayıb, gənclərin ailələrini və müəllimlərini də təbrik edib.

 

Versus.Az-ın məlumatına görə, təhsil sahəsində olan uğurların artmasının önəmindən danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, çox sevindirici haldır ki, bu il Tovuz rayonun 4 məktəbinin - Yusif Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbindən, Fariz Hüseynov adına Qaraxanlı kənd tam orta məktəbindən, Çatax və Bayramlı kənd məktəblərinin hər birində bir sinfin bütün şagirdlərinin hamısı bu il ali məktəblərə daxil olub:

 

“Məzun olan və ali məktəblərə daxil olan və tələbə adını qazanan bütün şagirdləri, onların valideynlərini, əməyi keçən müəllimləri və məktəblərini təbrik edirik. İnanırıq ki, bu kimi uğurların sayı daha da artacaq. Ali məktəblərə daxil olan şagirdlərin sayının artmasını müsbət hal kimi qiymətləndirirəm. Tovuz rayonu kənd məktəblərinin bundan daha da böyük potensialı var. İnanıram ki, təhsil sahəsində uğurları daha da artacaq. Ümumiyyətlə məni çox sevindirdi ki, Tovuz rayonu kəndlərindən ali məktəblərə daxil olan qızların sayı nəinki oğlanlardan az deyil, tam əksinə, daha çoxdur. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir”.

 

Qənirə Paşayeva tələbələrdən öz vəzifələrini bitmiş hesab etməməyi – əslində daha böyük vəzifələrin bundan sonra başladığını vurğulayıb:

 

“Siz özünüzü ölkəmizin, xalqımızın qarşısında duran problemlərin həllində iştiraka hazırlamalı, bunun üçün ilk növbədə biliklərə yiyələnməli, yaxşı mütəxəssis kimi yetişməli və öz vətənpərvərliyinizlə seçilməlisiniz. Bunu hər bir tələbə etməlidir, buna sizin potensialınız var”.

 

Millət vəkili torpaqlarımızın 20 faizinin işğalçı Ermənistanın işğalı altında olduğunu,1 milyona yaxın insanımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını qeyd edərək, hər bir vətəndaşımızın, özəlliklə, gələcəyin mütəxəssislərinin, ziyalıların daha məsuliyyətli, daha hazırlıqlı olmasının vacibliyinə diqqət çəkdi və gəncləri virtual məkanda ölkəmizin təbliğində daha fəal olmağa çağırıb. O, deyib ki Azərbaycan əleyhinə virtual məkanda təbliğat aparan Ermənistan, erməni diasporu və lobbisinə qarşı, onların yalanlarına qarşı gənclərimiz daha fəal mübarizə aparmalıdırlar.

 

Görüşdə iştirak edən Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova çıxış edərək gəncləri təbrik edib, onları yaxşı oxumağa, öz üzərlərində daha çox çalışmağa çağırıb.

 

Tədbirdə Q.Paşayevanın dəvətilə ölkəmizə səfər etmiş Türkiyənin tanınmış yazıçısı və jurnalisti Meryem Aybike Sinan çıxış edərək tələbə adını qazanan gəncləri təbrik edib, Azərbaycanla bərabər, bu gənclərin Türk dünyası istiqamətində gözəl işlər görəcəklərinə inandığını deyib, uğurlar diləyib.

 

Tovuz rayonu kənd məktəblərinin direktorları çıxış edərək həyatlarında yeni mərhələyə qədəm qoyan tələbə adını qazanan gənclər üçün stimul olan, onlarda ruh yüksəkliyi yaradan belə bir görüşün təşkili üçün təşəkkürlərini bildiriblər, gələn il nəticələrin daha da yaxşılaşması istiqamətində daha da çox çalışacaqlarını bildiriblər.

 

Görüşün sonunda Q.Paşayeva və M.Qəhrəmanova tələbə adını qazanan gənclərə dəyərli hədiyyələr və kitablar bağışlayıb və yeni tələbə adını qazanan gənclərin mənsub olduqları ailələrə, təhsil aldıqları məktəblərin kollektivlərinə hörmət və ehtiram ifadə edilib.

 

Sonda tələbələrin bəzilərinin üzləşdiyi problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı