Millimiz dünya çempionatına yollanır

15:35 05-09-2019 | icon 733 | İdman
Millimiz dünya çempionatına yollanır

Sentyabrın 8-də Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatı start götürəcək. 14 gün davam edəcək mundialda Azərbaycan millisi də qüvvəsini sınayacaq.

 

Versus.Az xəbər verir ki, ölkəmiz yarışda tam heyətlə təmsil olunacaq. Baş məşqçi Nəriman Abdullayev dünya çempionatında Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (57 kq), Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq), Alfonso Dominqes (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

 

Bu gün axşam saatlarında Rusiyaya yollanacaq komanda sentyabrın 22-də Vətənə dönəcək.

Dünya çempionu Cavid Çələbiyev, Olimpiya mükafatçısı Kamran Şahsuvarlı zədə səbəbindən mundialı buraxacaqlar. Üçqat dünya çempionu Məhəmmədrəsul Məcidov isə peşəkar boksa keçdiyindən millidə yer almayacaq.

 

Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən 8 çəkidə təşkil olunacaq. Yekaterinburqda EXPO Arenada baş tutacaq yarışda 87 ölkədən 450 boksçu mübarizə aparacaq. Açılış mərasimi sentyabrın 8-də olacaq mundialda təsnifat mərhələsinin döyüşləri ayın 9-17-də keçiriləcək. Sentyabrın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol