Nəsiminin “İraq Divanı” oxuculara təqdim olunub

19:00 05-09-2019 | icon 436 | Mədəniyyət
Nəsiminin “İraq Divanı” oxuculara təqdim olunub

Mədəniyyət Nazirliyinin “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində professor Qəzənfər Paşayevin tərtibçisi olduğu “İmadəddin Nəsimi. İraq Divanı” kitabı Türkiyə türkcəsində çap olunaraq oxuculara təqdim edilib.

 

Nazirlikdən Versus.Az-a verilən məlumata görə, “Zəngin Yayınçılıq” nəşriyyatı tərəfindən 2000 ədəd tirajla çap olunan İraq Divanı Türkiyədə fəaliyyət göstərən əsas təhsil müəssisələrinin kitabxanalarına hədiyyə olunub. İraq Divanını Türkiyə türkcəsinə tanınmış yazar Yurtsevən Şən çevirib.

 

“İmadəddin Nəsimi. İraq Divanı” Azərbaycan Respublikası Prezidentinin 15 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən hazırlanmış “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı”nın icrası məqsədilə çap olunub.

 

“İmadəddin Nəsimi. İraq Divanı” “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Türkiyədə çap olunan sayca 42-ci kitabdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”