Astronomlar ilk dəfə olaraq asteroidin rəng dəyişkənliyini görüblər

19:03 05-09-2019 | icon 989 | Mədəniyyət
Astronomlar ilk dəfə olaraq asteroidin rəng dəyişkənliyini görüblər

Astronomlar iki quyruğa malik 6478 Gault adlı asteroidi müşahidə zamanı ilk dəfə olaraq real müşahidə müddəti ərzində obyektin rəng dəyişkənliyini müşahidə ediblər.

 

Versus.Az xəbər verir ki, Gaultun səthində toz miqdarının azalması səbəbindən rənginin dəyişməsi, asteroidin sürətlə fırlanması nəticəsində səthaltı maddənin aşınmaya məruz qalması proseslərinin mümkünlüyü güman edilir. Məqalə, "The Astrophysical Journal letters" jurnalında dərc edilib.

 

Gault astroidi (6478) 1988-ci ilin may ayında kəşf edilmiş və təxminən 2,2 milyard il əvvəl nəhəng asteroidlərin toqquşması nəticəsində yaranan iki minə yaxın astroiddən ibarət olan Fokey ailəsinə aiddir. Asteroidin diametri təqribən 4 kilometrdir, asteroid qurşağının daxili hissəsində olmaqla Günəşdən 344 milyon kilometr məsafədədir. Bu ilin əvvəlində, obyektdə kometlər üçün xarakterik olan uzun bir quyruğun aşkar edildiyi elan edildi. Astronomlar bunun iki asteroidin yaxın qoşa sistemdə birləşməsi nəticəsində yaranmış ola biləcəyini fərz ediblər.

 

Asteroidin müşahidələri göstərib ki, onun tozdan ibarət iki quyruğu var və çox güman ki, YORP effekti nəticəsində asteroidin tədricən dağılması nəticəsində əmələ gəlmişdir. Lakin bu fərziyyə hələ təsdiqlənməlidir.

 

Astronomların fikrincə, Gaultun səthinin belə aktiv yenilənməsinə səbəb YORP effektinin olmasıdır. Gələcəkdə elm adamlarına bu cür aktiv obyektlərin fəaliyyət mexanizmlərini daha yaxşı dərk olunmasına kömək etmək üçün daha bir neçə müşahidə kampaniyası aparmaq planlaşdırılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI