Autizm sindromuyla bağlı YENİ LAYİHƏyə start verildi

16:37 01-04-2018 | icon 1575 | Gündəm
Autizm sindromuyla bağlı YENİ LAYİHƏyə start verildi

2 APREL – Dünya Autizm Məlumatlandırma Günüdür

 

Bu gün dünya əhalisinin 70 milyonundan çoxu autizm və daun sindromludur. Autizm dedikdə ünsiyyətsizlik, kontaktlardan qaçmaq, özünəqapanma, gözə təmasından qaçmaq, həyata və ətrafa özünün xüsusi dünyagörüşü olan travmatik və psixoloji pozuntu nəzərdə tutulur. Mütəxəssislərin bildirdiklərinə görə bu gün Azərbaycanda oğlan uşaqlarının hər 55, qız uşaqlarınınsa hər 252 nəfərindən biri autist olaraq doğulur. Acınacaqlı hal bundan ibarətdir ki, problem artan templə davam etməkdədir. Məhz bunu nəzərə alaraq cəmiyyyətin bu yöndə maarifləndirilməsi və bu məsələyə münasibətdə kompleks yanaşmanı təmin etmək məqsədilə “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi “Sağlamlıq imkanları məhdud uşaqların (autizm) sosial və psixoloji reabilitasiyası” layihəsinin icrasına başlayıb.

 

Versus.az-ın məlumatına görə, bununla əlaqədar olaraq “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyi Suraxanı rayonu, Günəşli qəsəbəsində yerləşən “Qrant” şadlıq sarayında “2 Aprel autizm məlumatlandırma Günü” adlı tədbir düzənləyib.

 

Tədbirə dövlət və qeyri-dövlət təşkilatları, KİV nümayəndələri, millət vəkili Qənirə Paşayeva və bir sıra səfirliklərin yetkililəri, həmçinin autizm sindromlu uşaqlar və onların valideyinləri iştirak ediblər.

Adıçəkilən Birliyin rəhbəri Çiçək Məmmədlinin verdiyi məlumata görə bu layihə aprelin 1-dən 31 dekabra qədər davam edəcək:

 

“Layihənin əsas məqsədi aşağıdakılardır: autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiya sahəsində ailələrin bilik və bacarıqlarının inkişaf etdirilməsi, autizmli uşaqların sosiallaşması üçün cəmiyyətin onlara olan diqqətinin və münasibətin formalaşmasına yardım edən tədbirlərin təşkili, 18 yaşadək sağlamlıq imkanları məhdud olan autizm sindromlu uşaqlara psixo-sosial reabilitasiya xidmətlərinin göstərilməsi, KİV-lərin və cəmiyyətin diqqətinə autizm və psixi, əqli problemləri çatdırmaq, televiziyalarda bu məqsədlə müxtəlif səpkili verilişlərin təşklil və sair kateqoriyadan olan məsələlər”.

 

2 aprel tarixinin mahiyyətindən qısaca danışan Çiçək xanım problemə yanaşmayla bağlı aidiyyatı strukturlara edilən müraciətlərin cavabsız qaldığını da tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Tədbirdə çıxış edən Ombudsman Aparatının yetkilisi əlilliyə olan münasibətdəki tibbi və sosial modelin tətbiqindən danışarkən daha çox ikinci modelin effektiv olduğunu bildirib.

 

Millət vəkili, siyasi elmlər doktoru, Milli Məclisin səhiyyə komissiyasının üzvü Qənirə Paşayeva autizm sindromlu uşaqlara, onların valideyinlərinə, həmçinin bu problemlə əlaqədar fəaliyyət göstərən mərkəzlərə xüsusi qayğının vacibliyini bildirib:

 

“Biz bu gün hər birimiz autizm sindromlu uşaqların analarının, atalarının ağrıları, acılarıyla yaşamalıyıq. Ətrafdakılar başa düşməlidirlər ki, belə uşaqlara qarşı onların diqqəti, qayğısı, nəvazişi hətta ən gərgin vaxtlarına düşsə belə vacibdir. Toplum halda biz bu problemə münasibətdə daha həssas olmalıyıq. Autizm sindromlu uşağın valideyini olan bir ananın ağrısını, acısını yaşamaq çox çətindir. Sevindirici haldır ki, bu məqsədlə artıq qanunvericilikdə də müəyyən irəliləyişlər əldə edilib. Qardaş Türkiyədə olduğu kimi, bizdə də böyük təşkilatlar, böyük şirkətlər belə mərkəzlərə öz işində dəstək olmalı, autizm sindromlu uşaqların reabilitasiyasında öz imkanlarını səfərbər etməlidilər. Aidiyyatı strukturlar da bu istiqamətdə bütün mümkün vasitələrdən yararlanmalıdır. Bu istiqamətdə dövlət səviyyəsində bir mərkəzin yaradılmasına da böyük ehtiyac var. Qanunvericiliyimizdə əldə olunan irəliləyişlər deməyə əsas verir ki, bunun da gerçəkləşməsi günün zərurətidir”.

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür