Ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

17:35 01-04-2018 | icon 615 | Qarabağ
Ziyalılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

 

XX əsrin ən dəhşətli faciələrindən biri 1918-ci il martın 30-dan aprelin 3-dək olan dövrdə Azərbaycanın bir çox şəhər və rayonlarında baş verib. Erməni daşnaklarının lideri Stepan Şaumyanın rəhbərliyi altında fəaliyyət göstərən silahlı erməni terrorçuları dinc əhaliyə divan tutdular.


Azərbaycanın paytaxtı Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı 12 minə yaxın (qeyri rəsmi məlumatlara görə 30.000 nəfər) azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. 
Azərbaycanın sabiq Dövlət Başçısı, Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart - azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur.


Versus.az-ın məlumatına görə, martın 31-də Abşeron rayon Təhsil şöbəsinin əməkdaşları, bu rayonun ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin nümayəndələri, habelə, ictimaiyyət nümayəndələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət etdilər.

 

Abşeron rayon Təhsil şöbəsinin və Xırdalan şəhərində fəaliyyət göstərən "Ulduz" Kurslarının birgə təşkilatçılığı ilə baş tutan anım mərasimində rayon Təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, "Ulduz" Kurslarının direktoru Ruslan Əliyev, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi, Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Cəbrayıl rayonundakı Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, "fact-info.az"və "xebertv.az" saytlarının redaktoru, "Tərəqqi" medalının mükafatçısı Şamil Sabiroğlu, "Qafqaz-media" İctimai Birliyinin sədri, "Qafqaz press" adlı saytın və "Borçalı" qəzetinin baş redaktoru Hacı Azadə-Taleh Abbasqızı və başqaları iştirak ediblər.


Tədbir iştirakçıları soyqırım qurbanlarının əziz xatirəsinə həsr edilən abidə önünə gül dəstələri düzüb, şəhidlərin ruhuna dualar oxuyublar.


Şamilə Şamilqızı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür