“Jara” komediya filminin nümayişi olub

13:28 09-05-2019 | icon 761 | Film
“Jara” komediya filminin nümayişi olub

XXI əsrdə ilk dəfə olaraq Rusiya kinoteatrlarının ekranlarında azərbaycan dili səsləndirilir.

 

Versus.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində çoxdan bəri gözlənilən “JARA” adlı romantik kinokomediyasının Bakıda qapalı nümayişi keçirilib.

Qala-gecəyə Azərbaycanın məşhur aktyor və rejissorları, blogerləri, jurnalistlər dəvət edilmişdirlər. Gecənin möhtərəm qonağı isə Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyeva idi.

 

Tədbirdə həmçinin filmdə baş rolları ifa edən Rusiyanın gənc aktyorları Nail Abdraxmanov, Maqomed Murtuzaaliyev və azərbaycanlı aktrisa Günəş Mehdizadə iştirak edirdilər.

Filmdə gənclərlə yanaşı Rusiyanın məşhur estrada ulduzları Filipp Kirkorov, Qriqoriy Leps, Nikolay Baskov, Ani Lorak, Valeriya, Timati, Yeqor Krid, Lolita, Brendon Soun, Qlük*oZa, aparıcılar Yana Çurikova, Yuliya Baranovskaya, prodüser İosif Priqojin və Azərbaycanın xalq artisti Emin Aalarov və oğlu Əli Ağalarov çəkilmişdirlər.

 

Film ötən ilki “JARA” Festivalının çərçivəsində Team Films kompaniyası tərəfindən çəkilmişdir. Filmin baş prodüseri Emin Ağalarov, kreativ direktor və ssenari müəllifi Fuad İbrahimbəyov, prodüser və ideya müəllifi Teymur Cəfərovdur. Yaradıcı heyət həm də bildirdi ki, əgər bu film uğur qazansa, o zaman bu işlər davam edərək, müxtəlif hadisələri əks edən yeni filmlər yaranacaq. Teymur Cəfərov bildir di ki, bu film rus tamaşaçısı üçün yaranıb və məqsəd də bizim şəhərin möhtəşəmliyini onlara təqdim etməkdir. Üstəlik də, Rusiya kinotetrlarında azərbaycan dilində gedən dialoqlar səslənəck.

 

Süjet xəttinə görə gənc və istedadlı müğənni Daşa Steklova (Diana Pojarskaya)“JARA” Fesivalının son akkordlarını vurmalıdır. Lakin müğənni xanım nə təqdim olunan mahnını ifa etmək istəyir, nə də Prodüserinin dediklərini qəbl etmir. Nəticədə, Bakıya çatan kimi yoxa çıxır. Və məhz bundan sonra Bakıda baş verən hadisələr başlanır. İki yaxın dost, Murad və Ramin, bu hadisələrin əsas iştirakşısına çevrilirlər. Bir nüçə gündən sonra toy çaldırıb sevgilisi Dənizə (Günəş Mehdizadə) qovuşacaq Murad (Nail Abdraxmanov) və bələdçi kimi çalışan, daha doğrusu, cəhd edən Ramin (Maqomed Murtuzaaliyev) xoşagəlməz bir hadisə nəticəsində Daşa Steklova və fotoqraf ilə toqquşurlar. Fotoqraf isə çəkdiyi şəkilləri istədiyi qədər sosial şəbəkədə yerləşdirir və bu da Dənizin gözündən qaçmır... gəlin bəydən küsür və bundan sonra məşhur estrada ulduzları gəncləri barışdırmaq niyəti ilə yenidən elçilik edirlər.

 

Kiçik müsahibədə Nail və Maqomed qeyd etdilər ki, onlar üçün bu filmdə baş rol almaq çox sevindiricidir. Həmçinin bildirdilər ki, onların özlərinin yeni ideyaları var və əgər bu film uğur qazansa, onları mütləq açıqlayacaqlar.

 

Emin Ağalarov müsahibədə bildirdi ki, film Rusiya ekranlarına çıxar-çıxmaz, haqqında artıq müsbət rəylər gəlməkdədir. Bakıda film artıq bütün kinoteatrlarda nümayiş edilir.

AYƏNDƏ DADAŞOVA
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı