Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb

13:47 06-09-2019 | icon 988 | İdman
Güləş yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb

Bu gün güləş üzrə Azərbaycan milli komandalarının mətbuat üçün açıq məşqi olub. Məşq başa çatdıqdan sonra yığmalarımızın dünya çempionatı üçün heyəti açıqlanıb.

 

Versus.Az xəbər verir ki, sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunacaq Olimpiadaya lisenziya xarakteri daşıyan dünya çempionatının yunan-Roma güləşi yarışlarında ölkəmizi Eldəniz Əzizli (55 kq), Elman Muxtarov (63 kq), Rəsul Çunayev (67 kq), Sənan Süleymanov (72 kq), Elvin Mürsəliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.

 

Sərbəst güləşçilərin mübarizəsində isə Mahir Əmiraslanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Hacımurad Hacıyev (74 kq), Cəbrayıl Həsənov (79 kq), Aleksand Qostiyev (86 kq), Şamil Zubairov (92 kq), Şərif Şərifov (97 kq) və Cəmallədin Məhəmmədov (125 kq) xalça uzərinə çıxacaqlar.

 

Qadın güləşçilərdən ibarət milli komandamızın heyətində isə Mariya Stadnik (50 kq), Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), Elis Manolova (65 kq), İrina Netrova (68 kq) və Səbirə Əliyeva (76 kq) yer alıblar.

 

Qeyd edək ki, qadın güləşçilərimiz artıq Qazaxıstandadır. Onlar yerli komanda ilə birlikdə təlim-məşq toplanışında iştirak edirlər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol