Dilqəmlə Şahbazın azad edilməsi ilə bağlı kommunikasiyanın ilin sonunadək yekunlaşması gözlənilir

16:33 06-09-2019 | icon 359 | Siyasət
Dilqəmlə Şahbazın azad edilməsi ilə bağlı kommunikasiyanın ilin sonunadək yekunlaşması gözlənilir

Hazırda Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kommunikasiya davam edir. Kommunikasiyanın bu ilin sonunadək yekunlaşması gözlənilir.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

 

A.Bağırov bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, bu istiqamətdə bütün zəruri tədbirlər görülməkdədir.

 

Kollegiya sədrinin sözlərinə görə, bu ilin sonunadək kommunikasiyanın yekunlaşdırılacağı gözlənilir və qısa vaxt ərzində işə baxılacaq:

"Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı şikayət ərizəsi hazırlanıb və 15.05.2015-ci il tarixdə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. 10.06.2015-ci il tarixdə Avropa Məhkəməsi tərəfindən ərizənin icraata qəbul olunması haqqında məktub alınıb və yazışmalara başlanılıb".

 

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D.Əsgərov və Ş.Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin