Bütün qorxuların kökündə ölüm dayanır

15:11 08-09-2019 | icon 415 | Cəmiyyət
Bütün qorxuların kökündə ölüm dayanır

Qorxu nədən qaynaqlanır? Onun öhdəsindən gəlmək mümkündürmü?

 

Versus.Az Oxu.Az-a istinadən psixoloq Elnur Rüstəmovun mövzuyla bağlı açıqlamasını təqdim edir.

 

Psixoloqun fikrincə, bütün qorxuların kökündə ölüm dayanır:

"Qorxu insanın təməl instinktlərindən biridir. İnsanı bəzən fəaliyyətə zövq edir, bəzən isə fəaliyyətdən saxlayır. Burada əsas məqam fərddə qorxunun hansı səviyyədə olduğunu və nəyə kökləndiyini müəyyənləşdirməkdir. Hələ insan ana bətnində olarkən belə ana uşağını itirməkdən qorxur. Uşaq dünyaya gəlib böyüdükcə insanın ölümdən qorxma instinkti də formalaşır.

Ümumiyyətlə, bütün qorxuların kökündə ölüm qorxusu dayanır. Çünki heç bir insan ölmək istəmir. Həmçinin, bir çox psixoloji problemlər də məhz bu qorxuların fonunda yaranır. Təşviş, depressiya və fobiyaların təməlində ölüm qorxusu dayanır. Məsələn, insanların əksəriyyəti qapalı məkana, liftə və təyyarə minə bilmir. Uğurlu müqayisə olmasa da, deyəcəm ki, lift qəbirə oxşayır".

 

Psixoloq hesab edir ki, bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür:

"Qorxu hissi çox olan insanların fəaliyyətə sövq edilməsi əsas məsələdir. Məsələn, qəhrəman və ya müxtəlif yaxşı keyfiyyətlərə malik insanlar arasında müşahidələr aparsaq, onlarda ölüm qorxusunun az olduğunu görərik. Cəmiyyət belə insanlara qibtə edir.  

Ümumiyyətlə, hər bir insan öz düşüncəsinə, dünyagörüşünə uyğun olaraq qorxularla mübarizə aparır. Bu da instinktiv olaraq baş verir. Məsələn, insan ac qalanda həyatını itirməmək üçün hansısa formada bunun öhdəsindən gəlir.

Qorxu insanı fəaliyyətdən saxlayırsa, onlara peşəkar dəstək göstərmək lazımdır. Psixoloq qorxunun patoloji səviyyəyə gələn məqamı ilə iş aparır. Yəni fərd özünə və ətrafında olan insanlara ziyan verir.

Qorxunun təməlini tapmaq üçün xüsusi analizlər aparmaq lazımdır. İnsan beynində o qorxunu həll edəndən sonra normal cəmiyyətə, həyata qayıdır. Amma bütün qorxulara qarşı tədbirlərin görülməsi qeyri-mümkündür.

Qorxu hissi olmayan insanların psixoloji problemləri var. Çünki hər bir insanın qorxacağı və çəkinəcəyi bir yer olmalıdır. Bu hissləri daşımayan insan təhlükəlidir. Məsələn, bir çox insanlar yalnız Allahdan qorxduğunu deyirlər. Bu qorxunun da olması önəmlidir. Çünki qorxu bəzən insanlara yol göstərir, bəzən isə yolundan edir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin