Diş minasını bərpa edən gel

11:08 09-09-2019 | icon 817 | Maraqlı
Diş minasını bərpa edən gel

Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

 

Versus.Az xəbər verir ki, diş minası insan orqanizmində ən bərk toxumadır. O, tərkibində böyük miqdarda kalsium və fosfor olan hidroksiapatit maddəsinin kristallarından ibarətdir. Hidroksiapatit qələvi mühitdə öz xüsusiyyətlərini qoruyub saxlayır, lakin turş mühitdə tez sıradan çıxır.

 

Normal vəziyyətdə insanın ağzında qələvi mühit olur, lakin qida qəbulundan sonra bakteriyalar onun qalıqlarını parçalayaraq müxtəlif turşular buraxır. Həmin turşular isə öz növbəsində diş minasını sıradan çıxararaq kariyesə səbəb olur.

Çin alimləri diş minasının sıradan çıxması problemini həll etmək üçün kalsium fosfat ionlarının yığılması əsasında gel hazırlayıblar.

 

Sözügedən gel insan dişlərinin zədələnmiş nümunələrində uğurla sınaqdan keçirilib. Mikrostrukturun araşdırılması nəticəsində məlum olub ki, yeni diş minası təbiidən bir az daha bərk alınıb. /Trend/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür