"Azərbaycan fəxr edə bilər ki, belə ordusu, qəhrəman əsgərləri var"

11:45 09-09-2019 | icon 296 | Siyasət
"Azərbaycan fəxr edə bilər ki, belə ordusu, qəhrəman əsgərləri var"

Dünən hərbi hissəyə getdim. Əsgərlərimizlə görüşdüm. Onlarla bir yerdə yemək yedik. Bir daha Ordumuzla, qəhrəman əsgərlərimizlə qürur duydum. Onlar əsl igidlərdir, məlum Aprel döyüşlərini yaradan igidlər.

 

Versus.Az xəbər verir ki, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

 

Ə.Əhmədov bildirib ki, Azərbaycan fəxr edə bilər ki, belə ordusu, qəhrəman əsgərləri var:

“Bu cəngavərlərin qarşısında heç kim duruş gətirə bilməz. Ermənilər də bilir. Ona görə də siyasi şoular təşkil edir, zəiflik, gücsüzlük kompleksini ört-basdır etməyə çalışırlar. Yazıqlar olsun ki, xaricdə sığınacaq tapmış müxalifət nümayəndələri Ordumuzla fəxr edib qürur duymaq əvəzinə, Ermənistana və onun prezidentinə heyranlıqlarını gizlədə bilmirlər. Onlara nə ad verək?!”.

 

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı, torpaqlarımızın geri qaytarılacağı heç kimdə şübhə doğurmasın:

“Münaqişəni həll etmək üçün danışıqların uzanması belə şübhələrin yaranmasına rəvac verə bilməz və verməməlidir. Çünki son sözü Azərbaycan əsgəri, Azərbaycan Ordusu və Azərbaycanın Ali Baş Komandanı deyəcək. Eşq olsun Azərbaycan əsgərinə”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin