Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

17:26 09-09-2019 | icon 647 | İdman
Boksçumuz dünya çempionatına qələbə ilə başlayıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib. İlk yarış günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.

 

Versus.Az xəbər verir ki, mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Təmsilçimiz türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş A. Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.

 

O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.

 

Qeyd edək ki, milli üzvlərindən sabah rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tiaqo Puqno (İsveçrə) ilə qüvvəsini sınayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür