Bu qızı xilas edək!
5 ildir onkoloji xəstəlikdən əziyyət çəkən 17 yaşlı Gülyaz Şıxaliyeva üçün kampaniya başladılıb.
Versus.Az xəbər verir ki, 2014-cü ildən bu günə qədər Xərçəng (Ewing Sarcoma/Pnet) xəstəliyi ilə mübarizə aparan Gülyaz Şıxaliyevanın həyatda qalması üçün maddi dəstəyə ehtiyacı var.
Valideynləri illərdir onun sağalması üçün əllərindən gələni edib. Buna baxmayaraq, qızlarının xəstəliyi üçüncü dəfədir ki, qayıdır. Hətta gənc qız əməliyyat olunsa da, müsbət nəticəsi olmayıb. Almaniyadakı həkimlər onun sağalacağına təminat verib. İlkin olaraq 80 min avro vəsaitə ehtiyac var. Bu qədər vəsaiti qarşılamağa isə ailənin maddi imkanı yoxdur.
Gülyaz Şıxaliyevanın ailəsi övladlarının sağalması üçün ona maddi dəstək göstərmək istəyən hər kəsdən “Kapital” bankın hesab nömrəsinə vəsait köçürmələrini xahiş edir.
Qeyd edək ki, Milliön aparatından hesaba pul köçürmək üçün kartın üzərindəki 16 rəqəmli (4169741307729135) kodu və kartın bitmə tarixini 08/22 daxil edərək prosesi həyata keçirə bilərsiniz.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"