Azərbaycanla Aİ arasında yeni sazişə dair videokonfranslar keçiriləcək
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni sazişə dair danışıqlar çərçivəsində bu həftə videokonfranslar təşkil olunacaq.
Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.
O, bu həftə üç videokonfransın nəzərdə tutulduğunu qeyd edib:
“Sonra da sazişlə bağlı yeni görüşün tarixi müəyyənləşdiriləcək. Çox güman, görüş Brüsseldə keçiriləcək”.
Bundan əvvəl diplomat ən yaxın vaxtda Azərbaycanla Aİ arasında yeni sazişlə bağlı danışıqları başa çatdıracaqlarına ümidvar olduğunu bildirmişdi.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"