Uşaq bağçaları ilə bağlı komissiya yaradılıb

11:15 10-09-2019 | icon 352 | Cəmiyyət
Uşaq bağçaları ilə bağlı komissiya yaradılıb

Paytaxtda qışa hazırlıq tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin qurumlarında, o cümlədən Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin tabeliyində olan uşaq bağçaları və uşaq evlərində qışa hazırlığın, burada mövcud sanitar-gigiyenik və epidemoloji vəziyyətin öyrənilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən sərəncam imzalanıb, müvafiq komissiya yaradılıb.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən Versus.Az-a bildirilib ki, sərəncama uyğun olaraq Komissiya tərəfindən uşaq bağçalarına baxışlar keçiriləcək, bağçaların binaları, dam örtüyünün, istilik sistemlərinin vəziyyəti yoxlanılacaq. Ərzaq təchizatı, saxlanma şəraiti, qidalanma məsələləri, uşaqların sağlamlıq səviyyəsi, infeksion xəstəliklərdən qorunma, profilaktika tədbirləri və digər məsələlərə xüsusi fikir veriləcək.

 

Komissiyanın rəyi araşdırılacaq və müvafiq tədbirlər görüləcək.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol