İnanclı insanlarda narazılıq, etiraz doğururlar

15:09 10-09-2019 | icon 422 | Cəmiyyət
İnanclı insanlarda narazılıq, etiraz doğururlar

MÜŞFİQ ƏLƏSGƏRLİ yazır: Onlar dini kor-koronə təbliğ edənlər qədər ziyanlıdırlar

 

Dinə qarşı kor-koranə çıxanlar dini kor-koronə təbliğ edənlər qədər yanlışdırlar, ziyanlıdırlar. Mövhumatı, xurafatı təbliğ etmək, həmçinin, dini siyasiləşdirmək, ondan siyasi məqsədlər üçün istifadə etmək nə qədər zərərlidirsə, dində olan hər şeyi qara rəngdə göstərmək, izah vermədən, isbatlamadan, anlatmadan insanların inancları üzərinə sürəkli yerimək, inancları zor yolu ilə silmək cəhdi də o qədər zərərlidir.

 

Əhalimiz savadlıdır, anlayışlıdır, dərk edəndir, ağı-qaradan seçməyi bacarır. Yetər ki, ona düzgün olanı de, səmimi de, anlaşılan dildə de.


Bu gün Aşura günüdür. Məsciddə axundun Aşura günü ilə bağlı xütbəsini dinlədim. Deyir:

“...Harada zülm varsa, orada Yezidin davamçıları var, harada zülmə qarşı çıxanlar varsa, orada İmam Hüseynin davamçıları var. Torpaqlarımız işğal olunub, qız-gəlinlərimiz əsir alınıb, oğullarımız şəhid olub. İlahi, bu zülmü aradan qaldırmaq, haqqımızı bərpa etmək üçün bizə yardımçı ol, zalımları dəf etmək üçün bizə İmam Hüseyn əzmi, qüdrəti, dözümü ver! İlahi, Müstəqilliyimizi əbədi et, ölkəmizdə sabitliyin, əmin-amanlığın, firavanlığın davam etməsinə qərar ver, xalqımızı işğaldan, şərdən, zülmdən hifz et...”.


Məncə, 25 ildə aparılan təbliğatın effektidir. 1000 illər boyunca formalaşmış, daşlaşmış yanlış stereotipləri qırmaq asan deyil, amma mümkündür. Dəyişmə üçün auditoriyanın dünyagörüşü qədər, təbliğat aparanın da keyfiyyəti mühümdür.

 

Bəziləri Kərbəla hadisəsini ideya və əqidə döyüşü kontekstindən çıxarıb hakimiyyət, mülkiyyətin savaşı kimi qələmə verir; bəziləri bunu mövhumatçılıq, xurafatçılıq kimi şərh edir və təbii ki, inanclı insanlarda narazılıq, etiraz doğururlar. Elm adamları isə deyirlər:

“Tarixdə Kərbəla hadisəsinə İmam Hüseyn (ə) və Yezid arasında döyüş kimi yox, iki iddianın toqquşması kimi baxmaq lazımdır. İmam Hüseyn (ə) haqq və ədalətin iddiasında, Yezid zülm və qəsbkarlıq tələbində, İmam Hüseyn (ə) haqqın, ədalətin, azadlığın carçısı, Yezid isə batilin, zülmün tərəfdarı idi. Tarix boyu bu iki ideya daim qarşı-qarşıya olub, ədalət zülmə qarşı mübarizə aparıb, zalım da öz zülmündə mübarizəyə müqavimət göstərib” .

 

Sonuncu iqtibas Niyaz Niftiyevdəndir. Dostumuz Anar Turan da maraqlı məqalə ilə çıxış edib, Aşura fəlsəfəsinin açılmasına fayda verib. Axundun xütbəsi göstərir ki, sonuncu yanaşma qəbul edilir, etiraz doğurmur, əksinə, daha faydalı nəticələr doğurur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı