“Necə ki, iqtidarı söyürlər, zaman-zaman bir-birini də söyüblər”

11:49 11-09-2019 | icon 554 | Siyasət
“Necə ki, iqtidarı söyürlər, zaman-zaman bir-birini də söyüblər”

Sərdar Cəlaloğlu: “Xaricdə onlayn televiziya açıb ordan iqtidarı söymək müxalifətçilik sayılmır”

 

Ölkənin ictimai-siyasi sferası müxalifətdaxili ziddiyyətləri ilə diqqət çəkir. YAP rəsmilərinin müxalifətin daxilində olan radikal qrupların xaricdə olan anti-milli qüvvələrlə birlikdə Azərbaycanda çaxnaşma yaratmaq istəkləri, eləcə müəyyən siyasi radikal qrupların Qarabağ münaqişəsi üzərindən hakimiyyətə gəlmək üçün planlar hazırladığı barədə fikirləri birmənalı qarşılanmadı. Artıq bu kimi məsələlər həm də müxalifətdə olan partiya sədləri tərəfindən də narahatlıqla ifadə olunur.

 

Versus.Az xəbər verir ki, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu burda Rusiya “izi”nin olduğunu önə çəkib. Bildirib ki, münaqişələr üzərindən hakimiyyət dəyişilmələrinin olması məntiqlidir. Amma Qarabağdan istifadə edib hakimiyyətə gəlmək yolverilməzdir:

 

“Qarabağ məsələsində əsassız ittihamlarla çıxış eləmək, bir-birini ermənilərlə əməkdaşlıqda  ittihamlamaq, milli maraqlara ziddir. Ötən proseslərə də nəzər salsaq, Ermənistandakı bütün iqtidar-müxalifət münaqişələri daha çox torpaq qoparmağa, qoparılmış torpaqları ilhaq etməyə xidmət etdiyi bir halda, Azərbaycanda iqtidar-müxalifət münasibətləri torpaqların itirilməsinə və ermənilərin torpaqlarımız üzərindən ilhaq siyasətini həyata keçirməsinə xidmət edib. Ermənilər bir-birini Azərbaycanla əməkdaşlıqda ittiham eləmirlər. Biz  bilməliyik ki, bu problem ağır bir problemdir və bunu yalnız iqtidar həll edə bilməz. Ayrılıqda bu problemi heç müxalifət də hakimiyyətə gələcəyi təqdirdə  həll edə bilməz. Ona görə də biz Dağlıq Qarabağ məsələsini iqtidar-müxalifət mübarizəsinin hədəfindən çıxarmalıyıq. Mümkün qədər Dağlıq Qarabağ probleminin həllində iqtidar -müxalifətin həmrəyliyinə nail olmalıyıq. O qüvvələr ki, Dağlıq Qarabağ məsələsinə iqtidar-müxalifət çəkişməsindən istifadə edir, onlar milli maraqlarımıza xəyanət edirlər”.

 

S.Cəlaloğlunun sözlərinə görə, ola bilər ki, müxalifətdə və iqtidarda düşmənin əlinə işləyənlər olsun, amma bu, bütünlükdə hakimiyyətin ermənilərə işləməsi, bütünlükdə müxalifətin ermənilərə işləməsi alnamına gələ bilməz və gəlməməlidir. Partiya sədri bildirib ki, belə ittihamlar bizim milli kimliyimizi şübhə altına salır, bir millət kimi nüfuzumuza zərbə vurur. Bu mənada ADP sədri hər kəsi Dağlıq Qarabağ məsələsində bir qədər həssas olmağa çağırıb:

“Problemimiz ağırdır. Dağlıq Qarabağ probleminin həlli asan məsələ deyil. Kimsə düşünürsə ki, mən iqtidara gəlsəm Qarabağı tez bir zamanda həll edəcəm, bu avantüradan başqa bir şey deyil”.

 

S.Cəlaloğlu son günlər erməni baş nazirin Dağlıq Qarabağı Ermənistanın əraziləri hesab etməsini və eləcə də Paşinyanın “elə bir güc, elə bir birlik yaratmalıyıq ki, hər kəs bizə qarşı hərbi hücum etməkdən çəkinsin” deməsini “blef” adlandırıb.

Bildirib ki, Ermənistan Bişkek pratokolunu pozaraq atəşkəs rejimi şəraitində işğal olunmuş ərazilərdə məskunlaşma, tikinti işləri aparıb möhkəmləndiyinə görə Azərbaycan Bişkek pratakolundan birtərəfli qaydada çıxıb, öz ərazisini hərbi yolla azad eləməlidir:

 

“Ermənilərlə başqa dildə danışmaq mümkün deyil. Eyni zamanda ermənilərin Qarabağla bağlı iki çirkli planı var. Birincisi, mümkün olarsa Dağlıq Qarabağı Ermənistana birləşdirsinlər, mümkün olmasa Dağlıq Qarabağı Rusiyanın nəzarəti altına versinlər. Son vaxtlar Dağlıq Qarabağ “rəhbərliyi” ilə Ermənistan rəhbərliyi arasında konfliktin ortalığa çıxmasının səbəblərindən biri də ikinci variantın – Dağlıq Qarabağı Ermənistanın yuridiksıyasından alınıb Rusiyaya verilməsidir.  Jirinovski də demişdi ki, Dağlıq Qarabağın Ermənistana heç bir aidiyyatı yoxdur, oranı ruslar işğal edib, Qarabağ Rusiyaya aiddir. Yəni faktiki olaraq Parşinyanın verdiyi bəyanatlar “demaqoq”luqdan başqa bir şey deyil. Ermənistanın tarixən heç vaxt  gücü olmayıb və bundan sonra da olmayacaq. Ermənilər millət kimi mövcud olamq istəyirlərsə Türkiyə və Azərbaycanla razılaşmağa məcburdurlar. Onlar rusların bizdən alıb onlara bağışladığı torpaqlarda dinc yanaşı yaşamaq istəyirlərsə, Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik mövqeyindən əl çəkməlidirlər. Ermənilər nə qədər çox torpaq iddia edirlərsə, bir o qədər müstəqillikdən məhrum olunurlar”.

 

Partiya sədri bildirib ki, Dağlıq Qarabağ məsələsində ermənilərin üstünlüyü erməni xalqının qələbəsi ola bilməz. Əksinə, ermənilər Qarabağa öz suverenliklərini məhdudlaşdırmaq bahasına guya sahiblik edirlər. Çünki Rusiyanın icazəsi olamadan Ermənistan bir addım belə ata bilməz və torpaqlara iddia edən ermənilər müstəqillik və suverenlik hissinə malik deyillər:

 

“Onlar müstəqil yaşamaq, müstəqil dövlət qurmaq istəmirlər.  Bunlara hansısa dövlətin ağalığı lazımdır.  Bəyəm Yerevan, Ermənistan özü ermənilərindir ki, Qarabağ da ermənilərin olsun. Ermənilərin “Böyük Ermənistan” quraq arzusu da “blef”dir. Birincisi Ermənistan sözünün indi Ermənistanda yaşayan haylara heç bir aidiyyatı yoxdur”.

 

Rusiyanın regionda apardığı siyasətin və Ermənistan vasitəsi ilə dövlətləri öz təsiri altında saxlamaq istəyinin tarixən dəfələrlə sübut olunduğunu deyən ADP sədri, Azərbaycan siyasi camiyəsinin, müxaliflərin bir araya gələrək bu məsələdə nə dərəcədə vahid güc ortaya qoya bilmələri məsələsinə də toxunub. Bildirib ki, tarixin keçməkeşlərindən keçən xalqlar üçün  ümummilli lider olmalıdır.

 

“Çox təəssüflər olsun ki,  Azərbaycan müstəqilləşmə dövründə  belə liderə malik olmadı. Məsələn bilirik ki, müxalifətdə nə qədər böyük qüvvə Əbülfəz Elçibəyə qarşı durdu və onu devrilməsində iştirak elədi.  Azərbaycan müxalifəti Heydər Əliyevi lider kimi qəbul eləmədi. İkincisi, insanları bir arada birləşdirən dəyərlər olmalıdır.  Dəyər var, vətənpərvərlik, həmrəylik, milli kimliyini təsdiq eləmək  böyük dəyərlərdir, amma  biz sovet hökumətindən çıxıb müstəqil Azərbaycan qurmuşuq. Sovet dəyərlərindən  imtina eləmişik, amma müstəqil Azərbaycan dəyərlərinə sahib çıxmamışıq. Bu isə bizi nihilist vəziyyətinə salır və bu günə qədər də, nihilizm vəziyyətindəyik və bu vəziyyətdə bizim hər hansı bir nailliyyət əldə etmək imkanımız yoxur. İqtiadarlı, müxalifətli, xaricdə, daxildə yaşamasından, kasıb və varlı olmasından asılı olmayaraq hamının qəbul edəcəyi elə bir dəyər olmalıdır ki, o dəyərlədə birləşək. Həmin dəyər isə Azərbaycanı cuverenliyi və müstəqilliyidir”.

 

ADP sədri bu gün bəziləri ardıcıl olaraq Azərbaycanı Rusiyanın böyunduruğu altına salmaq üçün çalışan bir sıra qüvvələrin olduğunu deyib:

 

“Son vaxtlar siz Azərbaycan siyasətçilərindən neçə dəfə suverenlik və müstəqillik sözünü eşitmisiz. Daha çox məişət səviyyəli ittihamlar “iqtidarda korrupsiya, müxalifət satıldı” dan başqa əzbərlənmiş, çeynənmiş sözlər eşidilir.  Bununla da biz uzağa gedə bilmərik. Bu xalq yüksək dəyərləri tanımaldır, bilməlidir və o dəyərləri mənimsəməlidir. Xalq nə qədər yüksək dəyərlərə keçərsə, bir o qədər güclənər. İnsanın dəyəri onun cüssəsi, cibindəki pulu, əlindəki hakimiyyətlə ölçülmür”.

 

S.Cəlaloğlu iqtidar nümayəndələrinin sosial mediada aktivləşməsinin müxalifət tərəfindən maraqlı ritorikalara qarşılanmasına birmənalı yanaşmayıb. O, iqtidar nümayəndələrinin sosial mediaya çıxmasının müxalifətlə üz-üzə gəlməkdən çəkinməsi, qorxması kimi dəyərləndirilməsini məntiqsiz sayıb:

 

“İqtidar müxalifətə hörmət qoyub desə, bu müxalifəti daha çox böyüdər. Müxalifətdən qorxur demək, yanlışdır.  İqtiadar müxalifətin nəyindən çəkinir? Əslində iqtidarın sosial şəbəkəyə gəlməsi gəlib orda da mübarizə aparmaq əzmindən xəbər verir. Küçədə mübarizə aparır, seçkidə mübarizə aparır, indi də gəlib səni sosial şəbəkədən vurub çıxarmaq istəyir. Bu sənin gücsüzlüyünü göstərir. Bu iqtidarın çəkinməsi deyil, sadəcə iqtidarın mübarizə müstəvisinə gəlməsidir.  Əksinə müxalifət sosial şəbəkədən çıxıb real həyat müstəvisinə gəlməlidir. Orda xalq da iştirak etsin. Sosial şəbəkədə xalq yoxdur. Xalq küçələrdədir. Siz orda nə yazırsız, nə pozursuz özünüz bilərsiz. Virtual aləmə daxil olmaq, bu kola girmək kimi bir şeydir. Söhbət fiziki təmasdan gedir. Bütün bunlar itib. Girib sosial şəbəkədə nəsə de sonra çıx. Bu baxımdan virtual aləmin siyasət üçün əhəmiyyətli hesab eləmirəm. Müxalifətin də sosial şəbəkəyə aludəçiliyi, mənə elə gəlir ki,  xalqın siyasi passivliyə düşməsinin əsas səbəblərindən biridir.  Xalq iştirak etmədiyi prosesdə nə bəhrələnə bilər, nə də o prosesdə qələbə ola bilər. Sosial şəbəkədə siz iqtidara qalib gəlin, küçədə iqtidar sizə qalibdir.

 

ADP sədri son vaxtlar yaranan yeni müxalifət adları ilə bağlı ortaya çıxan məqamlara da birmənalı yanaşmayıb. Bildirib ki, “mühacirət müxalifəti”, “fit müxalifəti” siyasi müxalifətə aid deyil. Partiya sədri bildirib ki, o, xaricdə olan bloggerləri müxalifət adlandırmır.  Onun sözlərinə görə, müxalifət təşkil olunmuş bəlli bir ideologiya əsasında fəaliyyət göstərən qrupdur və hər hansı bir şəxsin xaricdə televiziaya kanalı açıb orda iqtidarı söyməsi müxalifət hesab olunmamalıdır:

 

“Əgər onun arxasında konkret xalq yoxdursa və yaxud, birbaşa siyasi həyatda iştirak eləmirsə, o müxalifət ola bilməz. Həm də biz onların gördüyü işləri də görürük, necə ki, iqtidarı söyürlər, zaman-zaman bir-birini də söyüblər. Onların iqtidarı söyməsini müxalifət adlandırırlarsa, onda bir-birini söymələrini nə hesab edirlər. Mən xarici bloggerlərin fəaliyyətini olduqca zərərli hesab edirəm”.

 

ADP sədri hesab edir ki, vətəndaşlarımız siyasi cəhətdən passiv olduğuna görə, siyasi hadisələri yaxşı təhlil edə bilmədiyinə görə, çox asanlıqla xarici bloggerlərin təsiri altına düşürlər:

 

“Baxın, o bloggerlərin hədəfi budur: “Azərbaycan müxalifəti satılıb, müxalifətə inam itib”. Bu kimə xidmət edir? Sadə vətəndaşların da siyasi hadisələri müstəqil təhlil etmək qabiliyyətləri olmadığına görə və hadisələrə nüfuz etmədiyinə görə bloggerlərin çaldığı havaya oynayırlar. Yeni siyasi nəsil, yeni müxalifət yoxdur. Bunlar hamısı xalqı çaşdırmaq üçündür. Vaxtilə İlqar Məmmədov haqqında deyirdilər ki, “Azərbaycanı xilas edəcək, prezident olacaq”. Həbsxanadan çıxandan sonra nə oldu? O vaxt mən dedim ki, bu yanlışdır və bu yükü də onun çiyninə qoymaq olmaz, çünki o bu yükü apara bilməz. İndi hardadı İlqar Məmmədov, nə oldu? İndi onu yeni lider, yeni sima kimi təqdim edən adamlar, görəsən düşünürlərmi ki, biz necə səhv elədik. Bunlar cəmiyyətə fundamental əhəmiyyətli nəticələr verməyəcək”. /“Üç Nöqtə”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Nəsibə Zeynalovanın doğum günüdür