Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

18:01 11-09-2019 | icon 1145 | Siyasət
Türk Dünyası KİV-ləri Qənirə Paşayevadan yazdı

Jurnal, qəzet və media orqanlarında deputatın siyasi, elmi və ədəbi fəaliy­yəti haqqında ətraflı məlumat verilib

 

Son günlər qardaş ölkə və topluluqların bir sıra media orqanlarında millət vəkili prof.dr. Qənirə Paşayevanın fikirləri əsasında Azərbaycan həqi­qət­lərini özündə ehtiva edən müxtəlif janrlı materiallar yer alıb.

 

Versus.Az-ın məlumatına görə, Qazaxıstanın “Bilim Tayms” jurnalı, Özbəkistanın “Kitab Dünyası” qəzeti, Başqurdistanın “Başqurd qızı”jurnalı və Tatarıstanın bir sıra aparıcı media orqanlarında son aylar respublikamıza səfər etmiş yazarların təəssüratları, onların tərcümələri əsasında Qa­rabağla, ümumən Azərbaycan həqiqətləri ilə bağlı fikirlər geniş işıqlandırılıb.

 

Üz qabığnda Qənirə Paşayevanın şəklini verən Qazaxıstanın “Bilim Tayms” jurnalının “baş yazı” yerində millət vəkilinin Qarabağ mövzusunda qələm aldığı “İtirdiyim xoşbəxtlik” hekayəsinin qazaxcaya uyğunlaşdırması verilib. Hekayəni istedadlı qazax gənc ədibi Erkin­bek Serikbay uyğunlaşdırıb.

Özbəkistanın “Kitab Dünyası” qəzetində tanınmış özbək şairi Həlimə Əhmədovanın millət vəkilinin özbəkcəyə uyğunlaşdırılaraq “Kitab Dünyası”nda çap edilmiş şeirləri  haqqında təhlil yazısı yayınlanıb.

 

“Başqurdistan qızı”nın avqustda Azərbaycanda olmuş baş redaktoru Gülnaz Kutuyeva istər sosial mediada, istərsə də, jurnalda öz ürək sözlərini yayınlayıb, habelə millət vəkilinin siyasi, elmi və ədəbi fəaliy­yəti haqqında ətraflı məlumat verib.

Avqustda millət vəkili Q.Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olmuş Tatarıstanın Xalq şairi, millət vəkili, Dövlət Mükafatı laureatı Razil Vəliyev aparıcı tatar media orqanlarında yer alan müsahibə və məqalələrində Azərbaycanla bağlı zəngin təəssüratlarını ifadə edib.

Bütün hallarda, sözügedən materiallarda ölkəmiz, mədəniyyətimiz, ədəbiyyatımız, özəlliklə, xalqımızın cəlb olunduğu elan olunmamış müharibənin nəticələri haqqında fikirlər yer alıb. Hər birinin özünəməxsus oxucu auditoriyası olan bu media orqanlarının diqqətini Azərbaycana fokuslaması, qarşı dönəmdə qardaş dillərdə çıxacaq “Qarabağ heka­yə­ləri” üzərində iş getməsi diqqətəlayiq hadisədir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı