Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı layihəni davam etdirir

08:38 12-09-2019 | icon 418 | Mədəniyyət
Beynəlxalq Muğam Mərkəzi "Unudulmayanlar" adlı layihəni davam etdirir

Beynəlxalq Muğam Mərkəzi muğam sənətimizin təbliği istiqamətində çoxsaylı layihələr reallaşdırır.

 

Versus.Az xəbər verir ki, bu layihələrdən biri də “Unudulmayanlar” adlanır. "Unudulmayanlar" layihəsinin məqsədi Azərbaycan milli musiqisinin yaradılması tarixində əvəzolunmaz rol oynamış görkəmli mədəniyyət xadimlərinin bəstəkarların, klassik musiqi tariximiz və muğam ifaçılarının həyat və yaradıcılığını təqdim etməkdir.

 

Layihənin açılışı ötən il, 5 mart 2018-ci il tarixində baş tutub və Azərbaycan mədəniyyət xadimi, dahi bəstəkar, məşhur alim-pedaqoq və ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illiyinə həsr olunmuşdu. Daha sonrakı buraxılışlarda xanəndə, Xalq artistləri, unudulmaz ifaçılar, Həqiqət Rzayeva, Azərbaycan vokal ifaçılığının banisi, opera müğənnisi Bülbül və digər sənətkarlara həsr edilmiş gecələr təşkil edilib.

 

2019-cu ilin ilk "Unudulmayanlar"ı 24 sentyabr tarixində təqdim olunacaq. Layihənin ilk tədbirində XIX əsrin sonu - XX əsrin əvvəlində xanəndəlik fəaliyyəti ilə məşğul olmuş daha sonra neft sənayeçisinə çevrilən Seyid Mirbabayevin xatirəsi yad ediləcək. Bütün muğamsevərləri 2019-cu il boyunca layihənin maraqlı konsertlərini izləməyə dəvət edirik. Layihə “Mədəniyyət” kanalının informasiya dəstəyi ilə reallaşır.

 

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi “Unudulmayanlar”, “Muğam axşamları” “Dastan gecələri”, “Aşıq musiqisi” , Etnik musiqi inciləri” kimi layihələri davam etdirməkdədir. Layihələrin məqsədi muğam sənətimizin, milli musiqimizin və qeyri maddi mədəni irsimizin təbliği və gənc nəslə tanıdılmasdır.

Konsertlərə biletləri iTiket.az , Asan xidmət mərkəzləri və şəhərimizin bütün kassalarından əldə edə bilərsiz .

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür