Bir-birindən unikal 200-dək musiqi aləti Heydər Əliyev Mərkəzində

10:38 12-09-2019 | icon 60 | Mədəniyyət
Bir-birindən unikal 200-dək musiqi aləti Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Tarixi eksponatlar, ölkələrin musiqi mədəniyyətini canlı izləmək imkanı, korifey sənətkarların vaxtı ilə ifa etdiyi musiqi alətlərini yaxından görmək və bir daha dinləmək fürsəti…

 

Versus.Az xəbər verir ki, Heydər Əliyev Fondunun bir necə ildir üzərində işlədiyi və müxtəlif mənbələrdən toplanan unikal kolleksiya sentyabrın 17-dən "Musiqi alətləri: birlik və müxtəliflik" sərgisində təqdim ediləcək.

 

Heydər Əliyev Mərkəzində açılacaq sərgidə XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunacaq. Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstan aid musiqi alətləridir.

 

Ekspozisiyanın unikal eksponatları sırasında N.Gəncəvinin "Xəmsə"sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası da yer alıb.

 

Ekspoziyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

 

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti "Stereo Buta" da ekspozisiyada təqdim edilir.

 

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkün olacaq. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

 

Sərginin NASA bölümündə 1977-ci ildə "Voyacer 1" kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqilər təqdim edilir.

 

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücunu təsəccüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılmsı baxımından geniş imkan yaradır.

 

Sevda Teymurova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

Yeni ildə bir həftə iş olmayacaq

Dietoloqlar sirri açdılar

60-ın astanasında...

“Həyəcan” düyməsi

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi