“Əsgərlərimiz, vətəndaşlarımız torpağımız uğrunda döyüşlərə hazırdır”

16:58 02-04-2018 | icon 815 | Gündəm
“Əsgərlərimiz, vətəndaşlarımız torpağımız uğrunda döyüşlərə hazırdır”

“Azərbaycan silahının gücü və əzmi Ermənistanın qələbə mifinin puç olduğunu göstərdi”.

 

Bunu Versus.Az-a millət vəkili Aydın Mirzəzadə Aprel Döyüşlərində erməni işğalçılarına qarşı antiterror əməliyyatları aparıb qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsini anarkən bildirib:

 

“Aprel döyüşlərində Azərbaycan əsgərinin mübarizliyi və Şəhidlərimizin qanı və canı hesabına işğal altında olan torpaqlarımızın strateji əhəmiyyət daşıyan bir hissəsi azad edildi. Azərbaycan silahının gücü və əzmi Ermənistanın qələbə mifinin puç olduğunu göstərdi. Aprel Şəhidləri bu gün gənclərimiz üçün nümunədir. Bu, vətəndaşın dövləti üçün canını qurban verməyə hazır olduğunu göstərir. Əslində əsgərlərimiz, hər bir vətəndaşımız torpağımız üçün döyüşlərə hazırdır”.

 

A.Mirzəzadə bildirib ki, aprel döyüşləri tək hərbi deyil, həm də siyasi bir məsələdir:

 

“3 günlük mübarizə nəticəsində 2 min hektar ərazinin işğaldan azad edilməsi Ermənistanda bu gün də davam edən mənəvi böhranın yaranması üçün çox ciddi bir əsasdır. Həmin dövr Azərbaycan mümkün olan nə var idisə onu edə bildi. Şəhidlərin qisası alınır. Cəbhə xəttində Ermənistan əsgərinə qarşı həyata keçirilən əks hərbi həmlələrlə qisasımızı alırıq. Erməni hərbi təxribatlarının qarşısının alınması, Ermənistan tərəfindən fərariliyin artması, Ermənistan vətəndaşının açıq şəkildə hərbi xidmətdən imtina etməsi halları Azərbaycan ordusunun, şəhidlərinin fəaliyyətinin nəticəsidir”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin