“"Aikido Əngəl Tanımır" layihəsinin tədbirinə daha çox dəstək olmalıyıq”

20:59 12-09-2019 | icon 144 | Cəmiyyət
“"Aikido Əngəl Tanımır" layihəsinin tədbirinə daha çox dəstək olmalıyıq”

Millət vəkili Qənirə Paşayevaya "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İctimai birliyi və Engelliler İçin Japon Sanatları ve Sprorları Kulübü - Aikido Engel Tanımıyor takımı əməkdaşlığı çərçivəsində əlilliyi olan gənclərin reabilitasiyalarında nəticə almaq məqsədi ilə Azərbaycanda ilk baş tutan "Aikido Əngəl Tanımır" layihəsinin ilkin mərhələsinin bağlanış mərasimində iştirak edib.

 

Versus.Az-ın məlumatına görə, Qənirə Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil edilən tədbirdə çıxışı zamanı fiziki imkanları məhdud insanlarımız üçün olan bütün gözəl layihələrə sevincini ifadə edib:

 

“Fiziki imkanları məhdud insanlarımızın öyrənməyə necə həvəsli və istedadlı olduqlarını, qısa zamanda nə qədər çox şeylər öyrənə bildiklərini görə bilmək çox gözəl idi. "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyi olaraq bu işdə dəstək olmağımızdan çox məmnunuq”.

 

Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlər barədə danışan Q.Paşayeva fiziki imkanları məhdud şəxslərə yüksək səviyyədə dövlət qayğısının göstərildiyini deyib. 1-ci vitse-prezident Mehriban Əliyevanın hər zaman fiziki imkanları məhdud şəxslərə qayğı ilə yanaşdığını qeyd edən millət vəkili fiziki imkanları məhdud şəxslərin cəmiyyətin müxtəlif sahələrində fəallığının artırılması məqsədilə çoxsaylı layihələrin həyata keçirilməsinin təqdirəlayiq olduğunu deyib.

 

Q.Paşayeva dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində əlilliyi olan şəxslərin fəal şəkildə idmanla məşğul olduqlarını, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edə bildiklərini deyib. Fiziki imkanları məhdud şəxslərin idmanla məşğul olmasının, beynəlxalq yarışlarda iştirak etmələrinin çox təqdirəlayiq olduğunu qeyd edən millət vəkili Boccia idman növü ilə yanaşı, Aikido döyüş növü ilə məşğul olan fiziki imkanları məhdud insanlarımızdan ibarət bir komandanın yaradılacağına və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklərinə inandığını deyib.

 

Fiziki imkanları məhdud gənclərimizə AİKİDO-nun sirlərini öyrədən Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Kulübünün başqanı Engin Enginə və  köməkçisi Ercan Aydəmirə təşəkkürünü bildirən Q.Paşayeva onlara uğurlar diləyib, növbəti səfərlərində də hər zaman lazımi dəstək göstərməyə hazır olduğunu deyib.

 

Q.Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovaya bu cür layihələrə dəstək olduqları üçün təşəkkürünü bildirib.

Fiziki imkanları məhdud gənclərimizin bu sahədə nə qədər böyük uğurlar qazana bilmə imkanları və prespektivləri barədə geniş fikir mübadiləsi olub.

 

Görüşdə millət vəkili Q.Paşayevaya Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Klübü Derneğinin başkanı Engin Engin  və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nin rəhbəri M.Qüdsi tərəfindən onların ortaq layihəsi olan "AİKİDO Əngəl Tanımır" adlı fiziki imkanları məhdud gənclərimiz üçün gözəl bir çalışmaya dəstək verdiyi üçün təşəkkür plaketi və sertifkat təqdim edilib.

Ona göstərilən etimada görə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva hər zaman yanınızdayıq deyib və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nə və Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Klübü Derneğinə ölkəmizdəki gələcək çalışmalarında uğurlar diləyib.

 

Sonra təlim iştirakçıları Aikido Yapon idman növündən fəndlər nümayiş etdiriblər. Təlim iştirakçılarına Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Klübü Derneği və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB tərəfindən sertifikatlar təqdim edilib.

Q.Paşayeva isə təlim iştirakçılarının hər birinə hədiyyələr təqdim edib, "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nin rəhbəri Mətanət Qüdsiyə daha da böyük uğurlar diləyib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Pərişan Əsədzadənin xəbəri olmadan namizədliyi geri götürülüb

DADP-ın daha bir fəalının namizədliyi təsdiqlənib

O, yalnız seçkidən seçkiyə deyil, hər zaman seçicilərinin yanında oldu

Könül İsmayılovanın namizədliyi təsdiqləndi

Mehriban Sadıqovanın namizədliyi təsdiqləndi

Məcburi köçkün məktəbinin olimpiada qalibi olan şagirdi

İlahə Sadıqovanın namizdliyi təsdiqləndi

Fuad Əliyevin namizədliyi təsdiqləndi

Rauf Arifoğlunun kötükdən büt yapanları

52 saylı Quba seçki dairəsindən namizəd - ƏLABBAS MƏHƏRRƏMOV

Doktorantura, sınaq, buraxılış və magistraturaya qəbul imtahanlarının vaxtı açıqlanıb

Eksternat imtahan keçiriləcək

Məktəblər üçün qış tətilinin vaxtı müəyyən edilib

101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizəd - HAFİZ HACIYEV

Doktoranturaya qəbul qaydaları dəyişib