“Növbəti belə əməliyatlar olacaq və biz torpaqlarımızı işğaldan azad edəcəyik”

17:24 02-04-2018 | icon 567 | Gündəm
“Növbəti belə əməliyatlar olacaq və biz torpaqlarımızı işğaldan azad edəcəyik”

Azərbaycan ordusunun uğuru

 

“Aprel ayında gedən döyüşlərdə şəhid olan əsgərlərimizin hər biri Mübariz İbrahimov kimi Azərbaycan tarixində bir qəhrəmanlıq səhifəsi açdı. Torpaq, uğrunda can verən şəhidinin qanı ilə yaşayır. Torpaq şəhid verməsə heç vaxt azad ola bilməz. Şəhidlərimiz də torpağı yaşatmağı özlərinə ən ali vəzifə bilənlərdir”.

 

Bunu Versus.Az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev yaşadığımız aprel ayını öz qəhrəmanlığı ilə tarixə yazan əsgərlərimizin xatirəsini anarkən söyləyib.

ALDP sədri bu gün torpaq uğrunda canını qurban verən bütün şəhidlərimizin ən yüksək zirvədə dayandığını deyib. Bildirib ki, Aprel döyüşlərində göstərdiyi şücayətlər Azərbaycan əsgərinin əsl qəhrəman kimi vuruşduğunu dünyaya sübut edib:

 

“Aprel döyüşləri Azərbaycan ordusunun uğurudur. Çox təəssüf ki, bu döyüş torpaqların tam azad olunmasına qədər davam edib, tam qələbə ilə başa çatmadı”.

 

F.Əliyev Aprel döyüşlərinin çox qısa sürməsini Azərbaycana qarşı beynəlxalq təzyiqlərin olması ilə əlaqələndirib:

 

“Dünya böyükləri ordumuzun gücündən qorxmasaydılar, beynəlxalq təzyiqlərə əl atmazdılar. Bəlkə də Aprel döyüşlərinin dayandırılması düzgün addım idi. Biz bu proses davam edəcəyi təqdirdə nələrin baş verə biləcəyini bilmirik.

 

Partiya sədri bildirib ki, bütün hallarda Azərbaycan ordusunun bu antiterror əməliyyatı çox uğurlu idi:

 

“Bir daha bütün dünyaya göstərdik ki, bizim ordumuz güclüdür. Bu fakt bir daha dünyaya, düşmənə bəyan edir ki, biz istənilən vaxt torpaqlarımızı azad edə bilərik.

Bu gün torpaqlarımızın işğaldan azad olunması uzanır. Amma mən inanıram ki, Aprel Şəhidlərinin və bundan əvvəl torpaq uğrunda canını fəda edən Şəhidlərin qanı yerdə qalmayacaq. 100 il əvvəl genosidə məruz qalmış soydaşlarımızın qanı yerdə qalmayacaq. Aprel döyüşləri kimi, növbəti əməliyatlar olacaq və biz torpaqlarımızı işğaldan azad edəcəyik.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı