“Xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin bir hissəsidir”

08:15 13-09-2019 | icon 328 | Siyasət
“Xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin bir hissəsidir”

Azərbaycanın Türkiyədəki səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə konfrans keçirilib.

 

Versus.Az xəbər verir ki, konfransda Ankarada akkreditə olunan diplomatik korpusun rəhbərləri və təmsilçiləri, Azərbaycan və Türkiyənin dövlət və siyasi xadimləri iştirak ediblər.

 

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Azərbaycanın diplomatik orqanlarının 100 il əvvəl yaranması və hazırkı fəaliyyəti, inkişaf istiqamətləri
haqqında məlumat verib.

 

Sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayevanın mühazirəsi dinlənilib. Azərbaycanın tarixi, coğrafi mövqeyi, diplomatik orqanlarının yaranması, hazırkı xarici siyasətimizin əsasları, ölkəmizin sosial-iqtisadi inkişaf durmu, Ermənistan-Azərbaycan-Dàğlıq Qarabağ münaqişəsinə Azərbacanın baxışı haqqında tədbir iştirakçıkarına geniş məlumat verib.

 

Sonda Leyla Abdulayeva tədbir iştirakçılarının suallarını cavablandırıb. O, bildirib ki, bu cür silsilə tədbirlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından faydalıdır:

“Ölkəmizin inkişaf istiqamətləri barədə xarici diplomatları məlumatlandırmaq informasiya siyasətimizin bir hissəsidir. Hesab edirəm ki, təqdim etdiyimiz məlumatlar müvafiq sahələrin mütəxəssisləri üçün xüsusilə lazımlıdır”.

 

Qeyd edək ki, L.Abdullayevanın səfəri çərçivəsində Ankarada Azərbaycan və Türkiyə xarici işlər nazirliklərinin mətbuat katibləri arasında əməkdaşlıq imkanları, tərəflər arasında davamlı informasiya mübadiləsinin olması da müzakirə edilib./APA/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

İtlər hətta simvolları da anlayırlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol