“Torpaqları ver, alyansa qoşul” fikrinə Bakıdan reaksiyalar

15:08 14-09-2019 | icon 52 | Geopolitika
“Torpaqları ver, alyansa qoşul” fikrinə Bakıdan reaksiyalar

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstan hakimiyyətini Abxaziya və Cənubi Osetiya olmadan alyansa qoşulmağı düşünməyə dəvət edib.

 

Versus.Az xəbər verir ki, o, rəsmi Tiflisi Rusiyanın nəzarəti altında öz müstəqilliklərini elan edən torpaqlardan imtina etməyə çağırıb. Gürcüstanın Strategiya və İdarəetmə İnstitutunun rəhbəri Petr Mamradze isə bildirib ki, Rasmussen baş katib olanda da bu barədə danışırmış. Politoloqun fikrincə, Rasmussen NATO-nun baş katibi postundan getdikdən sonra təşkilatın bu məsələ əlaqədar mövqeyi dəyişib.

“NATO-nun aparıcı ölkələri (ABŞ, İngiltərə, Almaniya, Fransa) arasında heç kim belə bir versiyanı - Gürcüstanı Abxaziya və Cənubi Osetiya olmadan alyansa qəbul etməyi düşünmür. İndi NATO-da tamamilə fərqli yanaşmalar var. Buna görə də Rasmussenin ifadəsi alyansın mövqeyini əks etdirmir”, - deyə o qeyd edib. Mamradze hesab edir ki, NATO ancaq nəzəri cəhətdən Abxaziya və Cənubi Osetiya olmadan Gürcüstanın alyansa qoşulmasını tələb edə bilər.

Elxan Şahinoğlu: ile ilgili görsel sonucu

Elxan Şahinoğlu: “Gürcüstan və Ukrayna heç vaxt buna getməyəcək, Azərbaycana da belə şərt qoyula bilməz, bu açıqlama Rusiyaya xidmət edir”

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Rasmussen yanlış formada açıqlama verib. Onun sözlərinə görə, sabiq katib fikrini belə ifadə edə bilərdi: “Ki, münaqişə olduğu halda üzvlük çətindir. NATO-nin nizamnaməsinə görə, daxili problemləri, separatçı bölgələri olan ölkənin alyansa üzvlüyü mümkün deyil. Amma Rasmussenin bu açıqlamasından belə çıxır ki, Cənubi Osetiya və Abxaziya elə Rusiyanın aneksiyasıdır”.

Politoloqun fikrincə, Gürcüstanın indiki şərtlərdə NATO-ya üzvlüyü mümkün deyil, amma imkanları genişlənir: “Məsələn, NATO-nun Gürcüstanda hərbi baza yaratmaq planı var, əməkdaşlıq genişlənir, hərbi təlimlər keçirilir. Belə vaxtda Rasmussenin açıqlaması Rusiyaya xidmət edir. Yəni ki, get problemdən qurtul, sonra gəl danışaq. Hələ ona da zəmanət verilmir ki, üzvlüyə qəbul ediləcəksən ya yox. O baxımdan eyni açıqlamanı gərək Ukraynaya da aid eləsin. Hesab edirəm ki, ümumən zərərli bir çıxışdır, Rusiyaya manevr imkanları yaradır. NATO rəhbərliyi onun sözlərinə münasibət bildirməli və Rasmussenin mövqeyini bölüşmədiklərini açıqlamalıdır. Onsuz da NATO belə yanaşmır. Digər tərəfdən, Gürcüstan və Ukrayna heç vaxt torpaqlarından imtina etməzlər. Özünə hörmət edən dövlət buna getməz”.

E.Şahinoğlu hesab edir ki, Azərbaycan qarşısında da belə şərt qoyula bilməz və rəsmi Bakı Qarabağın itirilməsi müqabilində alyansa üzvlüyə heç vaxt razı olmayacaq.

Tofiq Abbasov: ile ilgili görsel sonucu

Tofiq Abbasov: “Gürcüstan kimi ölkələrin ürəyinə toxunmurlar, bir tərəfdən isə Rusiyaya təzyiq məqsədi ilə üzvlük məsələsini gündəmdə saxlayırlar”

Siyasi analitik Tofiq Abbasovun sözlərinə görə, NATO nümayəndələri Gürcüstana elə təkliflər verirlər ki, Tiflis heç vaxt bunları qəbul etməyəcək: “Əvvəla, Abxaziya və Cənubi Osetiya Gürcüstan torpaqlarıdır. İkincisi, onlar bu ərazilər uğrunda qanlar töküb. Eyni zamanda, Gürcüstan beynəlxalq tribunalarda öz ərazi bütövlüyünü önə çıxarır. Ona görə bu ölkədə NATO-pərəst qüvvələr, Qərb dairələri çalışır ki, adekvat münasibət olsun. Amma ABŞ və Avropada siyasi dairələr postsovet ölkələrin müraciətlərini qeyri-ciddi qəbul edirlər. Onlar bir yandan Gürcüstan kimi ölkələrin ürəyinə toxunmurlar, bir tərəfdən isə Rusiyaya təzyiq məqsədi ilə NATO-ya üzvlük məsələsini gündəmdə saxlayırlar, həm də Rusiyaya həmsərhəd ölkələr Qərb üçün vacibdir”, - deyə T.Abbasov qeyd etdi.

Politoloqun fikrincə, məsələnin Rasmussenin dediyi tərzdə qoyuluşunun özü adamda qeyri-ciddi reaksiya doğurur: “NATO-ya inteqrasiya belə qeyri-real şərt formasında niyə olmalıdır ki? Axı başqa proqramlar çərçivəsində kontingentləri cəlb edə bilərlər. Ona görə gözləmirəm ki, yaxın gələcəkdə Gürcüstan və Ukrayna alyansa üzv olacaq. Çünki bu dövlətlərdə daxili proseslər stabil ölkə olduqlarını deməyə əsas vermir. Vətəndaş cəmiyyətinin inkişafı, demokratik təsisatların yüksək olması ilə bu məsələlər ölçülmür. İlk növbədə aydın paradiqmalar olmalıdır. Əgər bizə yuxarıdan aşağı baxırlarsa, bərabərhüquqlu tərəfdaşlığın tələblərini özləri pozurlarsa, hansı səmərədən danışa bilərik? Avropa, ABŞ Rusiya ilə hansısa münasibətdə Ukrayna və Gürcüstanın maraqlarını təslim edirlər. Ona görə Tiflis gərək NATO-nun qapısını çox döyməsin, müraciətləri azaltsın, diqqəti daxili inkişafa yönəltsin, sonra üzvlük üçün zərurət yaranacaq”.

Qeyd edək ki, Gürcüstan hakimiyyət nümayəndələri Rasmussenin təklifini yolverilməz adlandırıb: “Gürcüstan istənilən təşkilata beynəlxalq ictimaiyyət, o cümlədən də NATO tərəfindən tanınan əraziləri və sərhədləri nəzərə alınmaqla qəbul edilməlidir” - Rasmussenin təklifinə parlament çoxluğunun lideri, hakim “Gürcü arzusu”nun üzvü Giya Volski belə cavab verib.

Müdafiə və təhlükəsizlik üzrə parlament komitəsinin sədri İrakli Sesişavili bildirib ki, Gürcüstanın ərazi bütövlüyü heç vaxt şübhə altına alınmamalıdır. Müxalif “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Qiqa Bokeriya isə deyib ki, Rasmussenin təklifi Gürcüstanın maraqlarına cavab verir.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

“Youtube”un CEO-su Fuada məktub göndərdi

Payız əhval-ruhiyyəli piyada keçidi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

İsgəndər Həmidov AXH və öz barəsində yayılan xəbərləri təkzib etdi

Döyüş xatirələrində yaşanan həqiqətlər

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!