Azərbaycan İranda ikinci oldu - FOTO

17:00 14-09-2019 | icon 134 | İdman
Azərbaycan İranda ikinci oldu - FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) "Sərhədçi" İdman Olimpiya Mərkəzinin idmançıları beynəlxalq idman yarışlarında ölkəmizi layiqincə təmsil edirlər.

 

Versus.Az xəbər verir ki, DSX-dan Milli.Az-a bildirilib ki, 05 - 06 sentyabr 2019-cu il tarixlərində İran İslam Respublikasının Məşhəd şəhərində karate üzrə yeniyetmələr və gənclər arasında keçirilən beynəlxalq turnirdə məşqçi Zöhrab Səfərovun rəhbərlik etdiyi "Sərhədçi" komandası ümumilikdə 12 medal qazanaraq komanda hesabında ikinci yerə çıxıb.

Komandanın heyətində müxtəlif çəki dərəcələrində karatenin kumite növü üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Qələndər və Cəlal Miriyevlər qızıl, şəxsi kata yarışlarında Sənan Hüseynzadə qızıl, Qələndər Miriyev gümüş, Cəlal Miriyev bürünc, şəxsi kumite yarışlarında Sənan Hüseynzadə gümüş, kata üzrə komanda yarışlarında Namiq Qasımzadə, Famil Quliyev, Cəlal Miriyev və Sənan Hüseynzadə bürünc medallar qazanıblar.

Eyni zamanda, sentyabr ayının 12-də London şəhərində üzgüçülük üzrə paraolimpiyaçıların dünya çempionatında "Sərhədçi" İOM-nin məşqçisi Rəşad Əliyevin yetirməsi Vəli İsrafilov üzgüçülüyün brass növündə 100 metr məsafəyə yarışda yüksək nəticə göstərərək üçüncü yeri tutub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Molla saxlanıldı - VİDEO

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

icaze.gov.az-da icazəsi ləğv olunanların nəzərinə!

Məşədi İbadla hambala heykəl qoyuldu - FOTO

I sinfinə qəbul üçün məktəb seçiminə start verilir

Sizə icazə verilib-verilmədiyini belə yoxlayın - YENİLİK

Jalə İsmayılın Rumıniyada kitabı çıxdı

Sakit okean sahillərində zəlzələ oldu

Tofiq Hüseynov bu gün torpağa tapşırılacaq

Keşikçiyə zərbə dövlətə, millətə zərbədir

LAÇINLI DÜNYA ÇEMPIONUNU İTİRDİK

İlham Əliyev və xanımı modul tipli hospitalın AÇILIŞINDA

İraqda ABŞ səfirliyi atəşə tutulub

Daşqınlarda ölü sayı 24-ə çatdı

Naxçıvan koronavirusdan qurtuldu