Şərur Sənaye Məhəlləsi yaradılır - Fərman

17:12 14-09-2019 | icon 37 | Gündəm
Şərur Sənaye Məhəlləsi yaradılır - Fərman

Prezident İlham Əliyev Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

 

Fərmana əsasən Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Şərur Sənaye Məhəlləsi yaradılır.

Müəyyən edilir ki, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədi ilə Şərur Sənaye Məhəlləsinin ərazisində qeyri-neft sənaye sahələri üzrə məhsul istehsalı müəssisələri, habelə xidmət müəssisələri yaradılır; Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkili, tənzimlənməsi, idarə olunması və inkişafı ilə bağlı tədbirləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi idarəedici təşkilat həyata keçirir.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, Şərur Sənaye Məhəlləsinin fəaliyyəti ilə bağlı müvafiq torpaq sahəsinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulması, eləcə də iştirakçıların fəaliyyətinin dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün; Şərur Sənaye Məhəlləsində istehsal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) qurulmasını təmin etmək məqsədi ilə ilkin olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılır.

 

Maliyyə Nazirliyi bu Fərmanın 5-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

“Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 10, maddə 1173) aşağıdakı dəyişikliklər edilir:

1.3-cü bəndə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;

1.4-cü bəndə “Açıq Səhmdar Cəmiyyətinə” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələri istisna olmaqla)” sözləri əlavə edilsin;

3-cü hissəyə “İqtisadiyyat Nazirliyi” sözlərindən sonra “(Naxçıvan Muxtar Respublikasında yaradılan sənaye məhəllələrinə münasibətdə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti)” sözləri əlavə edilsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

 

Versus.Az

Xəbər lenti

Avropa Kubokunun qalibi olub şampan şərabı partlatdı - FOTO

Azərbaycanın triatlon yığmasının üzvü Rostislav Pevtsov qızıl medal qazanıb

“Beşiktaş”ın yeni prezidenti müəyyənləşdi

“Qalatasaray”da ciddi itki

2500-dən çox uşağın doğulmasına görə elektron qaydada birdəfəlik müavinət təyin edilib

"Bəzi şər qüvvələr Azərbaycanı xaosa sürükləmək istəyir"

"Hüquq-mühafizə orqanları qanunsuz aksiya zamanı adekvat davranıblar"

21 oktyabr 1987-ci il Heydər Əliyevin SSRİ rəhbərliyindən istefası və...

Aİİ-nin prorektoru Beynəlxalq Forumda iştirak edib

BDU-da “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib

"Vətənimizin ərazi bütövlüyünun təmin olunması üçün hər an silaha sarılmağa hazırıq"

Qoşunların təmas xətti yenidən monitorinq ediləcək

YAP-da icazəsiz aksiya ilə bağlı tədbir keçirilib

Azərbaycanda ağac əkilməsi tədbirləri ekoloji tarazlığın saxlanması baxımından çox gözəl təşəbbüsdür

Nazir Pekində keçirilən IX Syanşan Forumunda iştirak edib

Dövlət müstəqilliyinin şərəfinə on minlərlə insan meydanda birləşdi! /VİDEO/

Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

İQBAL AĞAZADƏ araşdırır: İşğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşması bütün qətnamələrə ziddir!

“Rövnəq Abdullayev istefa verdi” - KİMİN İŞİ İDİ?

Prezident və 1-ci vitse-prezident Vasim Məmmədəliyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Kərküklə Türk Dünyası arasında körpü yaradan qəhrəmanımız

“Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!” /VİDEO/

DÖYÜŞ XATİRƏLƏRİNDƏ YAŞANAN HƏQİQƏTLƏR

"Bu tarixi gündə istiqlalçı deputatları da unutmaq olmaz"

ALDP sədri avropalı diplomatla görüşüb

"MUSA TİKƏLƏNMİŞ HİSSƏLƏRİ YIĞIRDI"

Öd kisəsi xərçənginin yaranmasının ən başlıca səbəblərindən biri...

AzMİU-nun professor-müəllim heyətinin maaşı 25 faiz artırılıb

İTP lideri Riyaz Sarıkahya Azərbaycan xalqını təbrik edib

Füzulinin Soyuqbulaq Xatirələrindən 

713-cü HƏRBİ HİSSƏYƏ GƏLƏN YOL

"Məni telekanalların veriliş siyasəti çox narahat edir"