Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"

17:48 14-09-2019 | icon 578 | Şou-biznes
Elgiz türk serialına çəkilənləri tənqid etdi: "Süpürgəçi, cibgir, qulluqçu"

Yenə başlayıblar bizi aşağılamağa? Ya süpürgəçi, ya cibgir, ya da ölkəsinə getməmək üçün göz yaşları tökən qızcığaz".

 

Versus.Az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər Türkiyədə seriallara çəkilən aktrisalarımızın ünvanına deyib. O, “Kanal 7”də yayımlanan “Yemin” serialında rol alan aktrisa Yağmur Şahbazovanı tənqid edib.

 

Ekran işində Narin adlı azərbaycanlı obrazını canlandıran aktrisanın "Azərbaycana qayıtmaq istəmirəm" sözlərini dediyi videosuna reaksiya verən Elgiz bunları yazıb:

 

"Bir zamanlar birlikdə çalışdığım xəbər aparıcısını bu yaxınlarda ev qulluqçusu rolunda gördüm. Məncə, bizimkilərin belə obrazlara çəkilməkdənsə, çəkilməməkləri yaxşıdır. Araşdırmaq lazımdır ki, niyə türk rejissorları bizim aktrisaları normal obrazlarda görmürlər. Türk xalqının gözündə azərbaycanlıların ümumiləşdirilmiş obrazı çox acınacaqlıdır.

Bu yaxınlarda Huysuz Vircin kimi tanınan aktyor İbrahim Tatlısəsə verilişlərdən birində zarafat edirmiş kimi, dedi: "Sən özünə bu geyimin, halın ilə türk demə, de ki, azəriyəm". Bu qədər də yox... Araşdırmaq lazımdır ki, bir azərbaycanlının bu formada gündəmə gətirlimsəi səbəbləri nədən qaynaqlanır. Əslində 2 il İstanbulda yaşadığım üçün müəyyən qədər bilgilərə sahibəm. Yenə də digər səbəbləri öyrənsəm pis olmazdı". 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI