“Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək”
“Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ermənistanın istənilən təxribatına cavab verməyə qadirdir”.
Bunu Versus.Az-a millət vəkili Asim Mollazdə aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan ordusunun erməni separatçılarına qarşı apardığı antiterror əməliyyatının tarixi əhəmiyyəti ilə bağlı açıqlamasında bildirib.
A.Mollazadə bildirib ki, Azərbaycanın silahlı qüvvələri bölgənin ən güclü silahlı qüvvələrdir. O, Aprel döyüşlərinin bu həqiqəti dünyaya anlatdığını və bu gün ordumuzun istənilən əmri almağa hazır olduğunu deyib:
“Şəhidlərin qanı bu torpaq uğrunda axıb. Onların qanı batmayıb. Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək. Bizim ölkə, xalqımız istəyirik ki, bu münaqişə sülh yolu ilə həll olunsun. Lakin Ermənistan danışıqları pozmağa çalışarsa, bizim başqa yolumuz qalmayacaq”.
TAHİRƏ
Versus.Az
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"