Hansı xəstəliklər kəskin arıqladır? Tək xərçəng deyil

23:04 14-09-2019 | icon 457 | Sağlamlıq
Hansı xəstəliklər kəskin arıqladır? Tək xərçəng deyil

İnsan qidalanmasında heç bir dəyişiklik etmədən kəskin arıqlayırsa bu təhlükəli simptom sayılır.

Bir çox hallarda belə arıqlamanın səbəbi kimi xərçəng düşünülür. Lakin onkoloji xəstəliklərdən əlavə bəzi digər xəstəliklər də kəskin arıqlamağa səbəb ola bilər.

Bu xəstəliklər arasında:

Hipertireoz

Versus.Az saglamolun.az-a istinadən bildirir ki, hipertireoz zamanı qalxanvari vəzi daha çox hormonlar ifraz etməyə başlayır. Bu hormonlar mübadilə proseslərini kəskin sürətləndirir ki, insan çox yeyir, lakin arıqlayır. Arıqlamadan əlavə bu pozulma zamanı insanda bu kimi simptomlar meydana gəlir: nəbzin artması, yuxusuzluq, əsəbilik, istiyə dözümsüzlük və s.

Şəkərli diabet

Şəkərli diabet zamanı qlükozanın orqanizm tərəfindən istifadəsi prosesi pozulur. Əsas enerji mənbəyi olan qlükoza hüceyrələrə daxil ola bilmir və orqanizm ona lazım olan enerjini almaq üçün piy və əzələ toxumasını "yandırmağa" başlayır. Nəticədə insan kəskin arıqlayır.

Bağırsaq xəstəlikləri (Kron xəstəliyi, xoralı kolit)

Bu xəstəliklər zamanı ağır ishal inkişaf edir və xəstə tez arıqlayır. Nəcisdə qan izləri olur.   

 

Pankreatit

Mədəaltı vəzinin iltihabı olan pankreatit zamanı mədəaltı vəzi qidanı həzm etmək üçün kifayət qədər enzimlər ifraz etmir, qida yaxşı mənimsənilmir və insan arıqlamağa başlayır.

Depressiya

Depressiyanın görünən simptomlarından biri bədən çəkisinin kəskin azalmasıdır. Depressiya zamanı insanın həyata olan marağı azalır, iştahası pozulur.

Vərəm

Vərəm xəstəliyinin də ilk simptomu kəskin arıqlamadır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı