“Azərbaycan heç vaxt işğal faktı ilə razılaşmayacaq”

18:48 02-04-2018 | icon 523 | Siyasət
“Azərbaycan heç vaxt işğal faktı ilə razılaşmayacaq”

“Nəyin hesabına olursa olsun, torpaqları azad etmək üçün əlimizdən gələni etməliyik”

 

“Aprel hadisələri Azərbaycanın iradəsinin göstəricisi idi. O gün Azərbaycan öz torpaqlarını azad etmək istəyini qabarıq şəkildə nümayiş etdirdi. Bu döyüşlərdə nümayiş olunan iradə, güc, şücayət ona işarə etdi ki, Azərbaycan heç vaxt işğal faktı ilə razılaşmayacaq”.

 

Bunu Versus.Az-a politoloq Fikrət Sadıqov Aprel döyüşlərini şərh edərkən bildirib.

Politoloq eyni zamanda münaqişə uzandıqca prosesin əbədi olacağı və bunun fonunda bir ümidsizliyin formalaşdığını da bildirib. O, məhz beynəlxalq təşkilatların məsələyə ədalətsiz yanaşması fonunda  ümidlərin puça çıxdığını deyib:

 

“Bəlkə də bir xalqın hissləri ilə uzun müddət oynamaq olar, amma bu, əbədi ola bilməz. Aprel döyüşü təsdiqlədi ki, bizim hərbi potensialımız kifayət qədər yüksəkdir, biz düşməni yerində oturda bilərik. Bundan sonra da hərbi potensialımzı daha da gücləndirməliyik”.

 

Politoloq bildirib ki, əgər 90-cı ilin əvvəllərində münaqişənin həlli ilə bağlı bəzi aparıcı dövlətlərə, beynəlxalq strukturlara inanırdıqsa, hazırda bu inam yoxdur. F.Sadıqov Aprel döyüşlərinin həmin o güclərin maraqlarına zərbə endirdiyini önə çəkib:

 

“Biz onu da anlayırıq ki, beynəlxalq güclər bizim xeyrimizə addım atmayacaq. Biz heç kəsə arxalanmamalıyıq. Nəyin hesabına olursa olsun, torpaqları azad etmək üçün əlimizdən gələni etməliyik. Bu bizim strateji məqsəd və vəzifəmiz olmalıdır. Biz bu məqsəddən dönməyəcəyik. Əgər kimsə düşünürsə ki, Azərbaycan xalqı nə vaxtsa buna göz yumacaq, tamamilə yanılır. Biz daha çox özümüzə güvənməliyik. Çünki həm Rusiya, həm Qərb ölkələri biganəlik nümayiş etdirir, siyasi oyunlarla məşğul olur, Cənubi Qafqaz regionu ilə bağlı müxtəlif planlar cızırlar. Güclü olub qəti iradəmizi nümayiş etdirməklə bu məsələdə bir nöqtəyə vurmalıyıq. İnanıram ki, torpaqların işğaldan azad olunduğu o gün gələcək”.

 

Qeyd edək ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycanın Ermənistana qarşı apardığı antiterror əməliyyatı - Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə imzalanmış atəşkəs haqqında sazişdən bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Madaqizkəndi istiqamətində yollar düşməndən azad olunub.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”