Baş redaktordan AÇIQLAMA: Arif Əliyevin yeni saytında onlar işləyəcək  

13:41 16-09-2019 | icon 576 | KİV
Baş redaktordan AÇIQLAMA: Arif Əliyevin yeni saytında onlar işləyəcək  

Xəbər verdiyimiz kimi, tanınmış jurnalist, “Yeni nəsil” Jurnalistlər Birliyinin sədri  Arif Əliyev "pressclub.az" adlı xəbər saytı açıb.

 

Versus.Az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumat verən Arif Əliyev saytın necə olacağına, orada kimlərlə çalışacağına da aydınlıq gətirib:

“Bir müddət əvvəl Azərbaycan mediası yanğından çıxmış meşəni xatırladırdı. Amma “meşənin ruhu” diri olanda “yağış” damcısı da həyatın yenidən cücərməsinə bəs edir. Bir neçə jurnalist həbsdən çıxdı, “Turan” işini bərpa etdi, “Zerkalo” hərəkətə gəldi, “Ayna” dirçəldi. İndi Bakı Mətbuat Klubunun dönmək vaxtıdır.
Simasını dəyişmiş media məkanına Klubumuz fərqli formatda, yeni təqdimatla qayıdacaq. Yəni, bu, keçmişə donüş yox, gələcəyə qayıdış olacaq”,-deyə o bildirib.

A.Əliyevin sözlərinə görə, dünya qloballaşır, həyatla ayaqlaşmaq üçün biz də təfəkkürümüzün, onunla bərabər mediamızın sərhədlərini genişləndirməliyik:

“Əslində bu, “köhnəzehinlilərin” müqavimətindən asılı olmayaraq baş verir. Dünənə qədər birgə çalışdığımız həmkarlarımızın sorağı bu gün qitənin o başından, okeanın o tayından gəlir. Pressklub saytı aradakı sədləri götürməyə, bütün potensialı həm mediamızın, həm Azərbaycanın xeyrinə yönəltməyə çalışır. Amal budur və biz həmkarlarımızın çağırışa cavab verəcəyinə inanırıq”.

A.Əliyev deyib ki, Bakı Mətbuat Klubunun saytı Azərbaycanın media professionalları ilə yanaşı, başqa ölkələrdə yaşayan və eyni sahədə çalışan həmvətənlərimizi, habelə Azərbaycana peşəkar maraq göstərən xarici jurnalistləri bir araya gətirəcək platformadır.

“Təbii ki, virtual Klub üz-üzə əyləşib çay süfrəsi arxasında söhbətləşmək imkanı vermir. Amma o, ünsiyyət qurmaq, bilikləri artırmaq, fikir və təcrübə mübadiləsi aparmaq istəyən şəbəkə üzvlərinə hər cür şərait yaradır. Burada hər kəs ehtiyac duyduğu köməyi tapacaq: Klubun mühüm funksiyalarından biri də media işçilərinə professional baxımdan dəstək olmaqdır.
Mətbuat Klubu onun “qapısını” döyənlərin üzünə açıqdır. Buraya daxil olarkən sizdən nə yaşınızı, nə cinsinizi, nə milliyyətinizi soruşacaqlar; boyunuz və çəkiniz heç bir əhəmiyyət kəsb etmədiyi kimi, siyasi baxışlarınız da kimsədə sual doğurmayacaq. İkicə şey: media mənsubu olmağınız və Azərbaycanla bağlılığınız, yaxud ona maraq göstərməyiniz kifayətdir. Bu marağı mümkün qədər dolğun təmin etmək üçün isə sayt, şəbəkə üzvlərinin birbaşa ünsiyyətinə şərait yaradan Forum bölümündən başqa, müxtəlif rubrikalar təklif edir”

A.Əliyev əməkdaşlarının ən maraqlı, mühüm, bəzən diqqətdən kənarda qalan mövzularda araşdırmalar edəcəyini söyləyib.

O, pressklub.az saytının “qapıları”nın sentyabrın 17-si saat 12-dən etibarən açıq olacağını bildirib.

A.Əliyev saytın kollektivi sırasına Arif Əliyev, Elçin Şıxlı, Qulu Məhərrəmli, Mehman Əliyev kimi tanınmış simaların eləcə də Ayxan Şıxlinski, Rauf Orucov, Aytən Əliyeva, Eldar Quliyev, Nicat Əliyev, Ülviyyə Şahin, Səbuhi Salamovun daxil olduğunu qeyd edib.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanda Ramazan bayramı qeyd olunur

Bakıdakı yeni metro stansiyasından GÖRÜNTÜLƏR

Öz prinsiplərinə sadiq, xarizmatik insan...

MDU rektoru və əməkdaşları şəhid məzunların ailələrini ziyarət edib

Şuşanın Turşsu qəsəbəsinə köçün tarixi AÇIQLANDI

Azərbaycanda Ramazan bayramı münasibətilə namaz qılınıb

Gəncə idmanında yeni mərhələ

Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR

Muradın 17 illik sevgi etirafı

Çimərlikdə naməlum məxluqun cəsədi tapıldı

Ağırlıqqaldıranımız Dünya Kubokunda üç gümüş medal qazandı

Dieqo Simeone İtaliyaya dönmək istəyir

Ömrü uzadan məşğuliyyətlər

Lyuis Həmiltondan karyerası ilə bağlı açıqlama

Tibb elminə həsr olunmuş ömür...