Övladları birinci sinfə gedən məşhurlar - Fotolar

17:01 16-09-2019 | icon 887 | Şou-biznes
Övladları birinci sinfə gedən məşhurlar - Fotolar

Bu gün yeni dərs ilinin ilk günüdür. Bir çox şagird isə birinci sinfə yollanır.

 

Axşam.az xəbər verir ki, məktəblə ilk dəfə tanış olanlar arasında məşhurların da övladları yer alır.

Aparıcı Zaur və Günay Baxşəliyevaların qızı Dilavər bu il birinci sinfə yollanıb. Cütlük övladının məktəbdən fotosunu yayımlayaraq "Yolların hər zaman açıq olsun. İlk dərs ilin, dərs günün mübarək olsun" sözlərini yazıb.

Müğənni Emil Bədəlov qızı Səadəti birinci sinfə yola salıb. Səadəti ilk dərs günündə babası, Xalq artisti Firuz Əliyev də tək qoymayıb.

Müğənni Nazim Məmmədov qızı Fatiməni birinci sinfə aparıb.  Sənətçi övladına arzularını "Ağıllı qızım Fatimə, bu gündən etibarən 11 illlik bir həyat məktəbinə qədəm qoydu. İnanıram və ümid edirəm ki, Fatimə Azərbaycanımız üçün dəyərli insanlardan olacaq" sözləri ilə ifadə edib.

Müğənni Yaşar Yusub da oğlunu birinci sinfə aparan valideynlərdən olub. Övladı ilə məktəbdə çəkilən fotosunu yayımlayan ifaçı, ona uğurlar arzulayıb.

Müğənni Samir Piriyevin oğlu Nicat da birinci sinfə gedənlər sırasında yer alıb.

Aparıcı Könül Muxtarova qızı İncini birinci sinfə yola salıb.

 

Aktyor Fərda Xudaverdiyevin ikinci oğlu Mətin də bu il birinci sinfə yollanıb.

Müğənni ABD Malikin qızı bu il birinci sinfə yollanıb.

 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı