Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb (FOTO)

11:35 17-09-2019 | icon 959 | Geopolitika
Elmar Məmmədyarov Müqəddəs Taxt-Tacın Dövlət Katibi ilə görüşüb (FOTO)

Müqəddəs Taxt-Taca rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Dövlət Katibi, Kardinal Pietro Parolin ilə görüşüb.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, nazirlikdən verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə edib və iki tərəf arasında həyata keçirilən yüksək səviyyəli səfərlər mübadiləsinin bu münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub.

 

Azərbaycanın multikultural dəyərlərin təşviqi baxımından ön sıralarda olduğunu bildirən Kardinal Pietro Parolin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın multikultural fəaliyyətini yüksək qiymətləndirib və bu xüsusda, Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikanda həyata keçirilən layihələri, o cümlədən Müqəddəs Pyotr Kilsəsinin altarı, Roma Katakombaları və San Sebastian Kilsə Muzey Kompleksində katakombaların bərpası işlərini məmnuniyyətlə vurğulayıb.

Nazir Elmar Məmmədyarov qarşı tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı vəziyyəti barədə məlumatlandırdı, Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışının bölgədə gərginliyin artmasına xidmət etdiyini bildirib.

Görüş zamanı bu ilin 14-15 noyabr tarixlərində Bakıda keçiriləcək “Dünya dini liderlərinin II Bakı Sammiti”nə Qafqaz Müsəlmanları İdarəsinin dəvəti Müqəddəs Taxt-Tacın Dövlət Katibinə təqdim edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol