Dəhşətli qəzada diri-diri yanan gənc İTV-nin sabiq əməkdaşıdır

11:27 21-09-2019 | icon 229 | Hadisə
Dəhşətli qəzada diri-diri yanan gənc İTV-nin sabiq əməkdaşıdır

Sentyabrın 19-da Bakı-Quba yolunda baş verən dəhşətli yol qəzasında ölənlərdən biri – Fuad Musazadə İctimai Televiziyanın sabiq əməkdaşı olub.



Versus.Az xəbər verir ki, bu barədə mərhumun keçmiş iş yoldaşları məlumat veriblər.



Daxili İşlər Nazirliyinin məlumatına görə, sentyabrın 19-da saat 15 radələrində Sumqayıt şəhərinin Yeni Yaşma qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Anar Nəsir oğlu Rzayev idarə etdiyi “Hyundai” və Fuad Şahin oğlu Musazadənin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.



Hadisə nəticədəsində iki nəfər ölüb. Bunlar “Mercedes”in sükanı arxasında olan 1988-ci il təvəllüdlü Fuad Musazadə və A.Rzayevin sərnişini, 1986-cı il təvəllüdlü Kamran Atayev olub. “Hyundai”ın sürücüsü Anar Rzayev isə ağır xəsarət alıb.



Qeyd edək ki, qəzaya düşən “Hyundai” markalı avtomobil "Atəşgah Sığorta"ya məxsus olub.



Dəhşətli qəza nəticəsində avtomobillərin toqquşmasından sonra "Mercedes" yoldan çıxaraq aşıb və alışaraq yanıb. Nəticədə "Mercedes"in sükanı arxasında olan Fuad Musazadə maşından çıxa bilməyib və diri-diri yanaraq ölüb.

 

Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisəyə Fuad Musazadənin "Mercedes" markalı avtomobili yüksək sürətlə idarə etməsi zamanı maşının təkərinin partlaması səbəb olub.



Hadisəylə bağlı təhqiqat davam edir.


Fuad Musazadə Azərbaycan Dillər Universitetini bitirib. O, 2010-cu ildən İctimai Televiziyada çalışıb. Hadisəyədək isə son iş yeri tanınmış şoumen-prodüser. Xalq artisti Murad Dadaşovun rəhbəri olduğu “M Group Production” şirkəti olub. /Modern.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI

Bəhramı EKMO cihazından ayırdılar - süni tənəffüs aparatına qoşdular

Şuşada da koronavirus TAPILDI

Prezident Türkiyə ilə vacib sazişi TƏSDİQLƏDİ

Mediadan Prezidentin Sərəncamına ilkin REAKSİYALAR

"Bu film ölkəmizə və xalqımıza qarşı düşmənçilik hissini gücləndirir"

Koronavirusdan bu vasitə ilə qorunmaq olar

Paytaxtdakı partlayışda ölü sayı 18-ə çatdı

Tural Gəncəliyev beynəlxalq konfransda erməni terrorundan DANIŞDI

Cəbhədə gərginlik artıb

Messi "Barselona"nı tərk EDİR

Atəşkəs rejimi 52 dəfə pozulu

Cəbhədə gərginlik

"Nazirlikdə erməni mənşəli insanların iş başında olması..."

Səhiyyə Nazirliyi koronaviruslu xəstələri müalicə edən tibb işçilərini topladı