Zəbt olunmuş və qanunsuz tikililər aşkarlanıb

13:44 04-04-2018 | icon 180 | İqtisadiyyat
Zəbt olunmuş və qanunsuz tikililər aşkarlanıb

Ölkə üzrə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər müsbət nəticələrini verməkdədir.

 

Əmlak Məsələləri Dövlət Komitəsindən Versus.az-a verilən məlumata görə, artıq daha bir rayonda kadastr uçot işləri tam olaraq yekunlaşıb.

 

Belə ki, Beyləqanın inzibati sərhədləri daxilində nüfuzlu xarici şirkətlərin iştirakı ilə aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri hazırdır. Əldə edilən məlumatların elektron şəkildə yerli icra hakimiyyətlərinə və aidiyyəti qurumlara xidməti istifadə üçün təqdim edilməsi prosesi davam edir. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Beyləqanda “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcədə bələdiyyələr, müəssisə, idarə, təşkilat və media nümayəndələri iştirak ediblər.

 

Tədbirin keçirilməsində başlıca məqsəd Beyləqanda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Həmin nəticələrin istifadə üçün aidiyyəti qurumlara təqdim olunması da tədbirin əsas vəzifələrindəndir.

Qeyd edəki, Prezident cənab İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Görülən işlər nəticəsində 16 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb.

 

Beyləqanda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.

 

Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat edilib. Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Bildirilib ki, torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Beyləqan rayonunun bələdiyyə hüdudları daxilində 73 min hektardan çox torpaq sahəsinin mövcudluğu müəyyən edilib. Bunun da 50 min hektara yaxını əkin, 112 hektarı çoxillik əkmələr təşkil edir. Həmçinin bəlli olub ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 36%-ni təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir. Uçot işinin nəticələri göstərir ki, rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlarda 53 hektar ərazidə 400-dən artıq qeyri-qanuni tikili var. Uçot prosesində həmçinin Beyləqan rayonunda 5 mindən artıq halda pay torpaqlarında normadan artıq torpaq sahələrinin istifadə edildiyi müəyyənləşdirilib. Həmçinin torpaq islahatı aparılan zaman rayonun bələdiyyə hüdudları daxilində 44 min hektar əkin sahəsi olduğu halda, hazırda uçot əsasında 49 min hektardan çox əkin sahəsinin mövcudluğu aşkar edilib. Bu isə rayonun kənd təsərrüfatı sahəsində iqtisadi potensialının daha da artmasına zəmin yaradır.

Rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçot işi aparılıb. Belə ki, tədqiq olunan ərazilərin 6871,22 hektarında zəif, 2553,18 hektarında orta, 1045,27 hektarında isə şiddətli şorlaşma qeydə alınıb. Bu isə həmin ərazilərin yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması üçün nə kimi aqrokimyəvi və meliorativ tədbirlərin aparılması ilə bağlı optimal qərarların qəbul edilməsinə imkanlar yaradır.

 

Uçot işi nəticəsində hazırlanmış Beyləqanın bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Görülən işlər nəticəsində rayonun torpaq fondunun daha rasional idarə edilməsi mümkün olacaq. Həmçinin torpaqların səmərəli, məqsədyönlü istifadəsinə təminat yaranır. Torpaqların iqtisadi qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərdə hansı növ bitkilər əkilməklə daha çox məhsul əldə etmək mümkünlüyü dəqiqləşir.

Eyni zamanda rayonun tərtib edilmiş xəritələrində hüquq müəyyənedici sənədlə təsdiq olunan ölçü ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq aradan qaldırılıb. Artıq torpaq mülkiyyətiçiləri sahib olduqları ərazilərin sərhədlərindən kənara çıxa bilməz. Zəbt olunmuş, qanunsuz tikililər, istifadədən kənar qalan torpaq sahəsi müəyyənləşib. Bu isə rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb