Ağcabədidə regional müşavirə keçirilib

20:31 04-04-2018 | icon 169 | İqtisadiyyat
Ağcabədidə regional müşavirə keçirilib

Cari ilin aprel ayının 4-də Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Ağcabədi şəhərində “Aran iqtisadi rayonunda fitosanitar vəziyyət, pambıq əkinlərində alaq otları əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilib.

Versus.az-ın məlumatına görə, müşavirədə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzlərinin, rayonlararası bioloji laboratoriyaların, Kənd Təsərrüfatı nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum nəzarəti üzrə Dövlət Xidmətinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin nümayəndələri, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Füzuli, Samux və Tər-Tər rayonlarından olan torpaq mülkiyyətçiləri və fermerlər, ümumilikdə 350 nəfər iştirak edib.

 

Müşavirənin keçirilməsində əsas məqsəd respublika ərazisində fitosanitar vəziyyətin idarə edilməsi mexanizminin təkmilləş- dirilməsi, pambıqçılığın başlıca problemlərindən olan zərərli orqanizmlərlə mübarizənin elmi əsaslarla təşkil edilməsi, kənd təsərrüfatı bitkilərinin zərərli orqanizmlərdən mühafizəsində inteqrir mübarizə tədbirləri sisteminə keçidin zamanın tələbi olmasını və fitosanitar sabitliyin qorunub saxlanılmasından, eyni zamanda pestisidlərdən və kimyəvi dərmanlardan kortəbii istifadə zamanı bitki aləminə və ətraf mühitə vurulan zərbənin qarışısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsindən ibarətdir.

“Bölgədə fitosanitar vəziyyətin təhlili və pambıq əkinlərində zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi” mövzusunda çıxış edən Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini Yaqub Cəfərov Azərbaycan Respublikasında pambıqçılığın inkişafı etdirilməsi istiqamətində görülən tədbirlərin, pambıq sahələrində əsas zərərli orqanizmlərə qarşı aparılan mübarizə tədbirlərinin əhəmiyyəti barədə məlumat verib.

Yaqub Cəfərov bildirib ki, son illər zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsində pestisidlərdən normadan artıq və növbələşmədən istifadə, eyni tərkibli pestisidin davamlı tətbiqi, hektara düşən məsarif normasının düzgün nizamlanmaması, işçi məhlul hazırlanarkən suyun PH-ına diqqət verilməməsi və s. səbəblərdən zərəli orqanizmlərdə pestisidlərə qarşı yüksək davamlılıq yaranması halları müşahidə edilir.

Dövlət Xidmətinin rəis müavini qeyd edib ki, bu səbəbdən də pambıq sovkasına qarşı təklif edilən pestisidlərin növbələşməsini təmin etmək və antirezident mübarizə sxemini tətbiq etmək məqsədilə fermerlər yeni nəsil preparatlardan istifadə etməyə üstünlük verməlidirlər:

 

“Pestisidlərin tətbiqi zamanı çiləyici aqreqatlarla işləyən mexanizatorların davamlı təlimatlandırılması, işçi məhlulun bir hektar sahəyə düzgün tətbiqi, bitkilərin vegetasiya müddətindən asılı olaraq işçi məhlulun məsarif normasının artırılması, bitki örtüyünün tamamilə pestisidlərlə isladılması kimi məsələlərin həlli vacibdir. Eyni zamanda, pestisidlərin tətbiqi zamanı hava-iqlim şəraitinin izlənilməsi, günün müəyyən vaxtlarında pestisidlərin istifadəsinin dayandırılması diqqətdə saxlanılmalıdır”.

 

“Kimyəvi mübarizə tədbirlərinin tətbiqi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları” mövzusunda çıxış edən Dövlət Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Daməd Sultanov əsas diqqəti kimyəvi mübarizə zamanı texniki qaydalara əməl olunmasının vacibliyinə yönəldib. D.Sultanov bildirib ki, kimyəvi mübarizə tədbirləri zamanı qarşımızda bir neçə əsas vəzifə dayanır:

 

“Bunlar pestisidlərin tətbiqi zamanı yol verilən səhvlərin aradan qaldırılması, pestisidlərin preparativ formasını nəzərə almaqla,işçi məhlulun hazırlanması, çiləmənin düzgün aparılması, çiləyici aqreqatlarla işçi məhlulun 1 hektar sahəyə düzgün və norma daxilində tətbiq edilməsi, çiləyici aqreqatların nizamlanması (kalibrovkası) kimi məsələlər yer alır. Kimyəvi mübarizə tədbirləri zamanı işlək məhlulun hazırlanması üçün istifadə olunan suyun tərkibinin (PH mühitinin tənzimlənməsi), istifadə olunan pestisidlərdən yüksək bioloji səmərəlilik almaq məqsədilə qarşıda duran problemlərin həlli vacib məsələdir və bu istiqamətdə ciddi tədbirlər görülməlidir”.

 

Tədbirin sonunda torpaq mülkiyyətçilərinə və fermerlərə pambıq sahələrində zərərvericilərə qarşı mübarizə üsullarını açıqlayan bukletlər paylanılıb.

 

Gözəl Nəcəfli
Versus.Az

Xəbər lenti

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Bu müraciətə APA-nın bütün əməkdaşlarını, Mətbuat Şurası başda olmaqla bütün dəyərli media mənsublarını, dəyərli ziyalıları, o cümlədən millət vəkillərinı qoşulmağa çağırıram"

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Hatayda Yayladağında Azərbaycan küçəsi və Qarabağ parkı açılacaq

Versus.Az Talk TV kollektivini təbrik edir

Məktəblərdə dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” tədbiri keçirilib

"Dağlıq Qarabağ münaqişəsi qısa müddətdə həll olunmalıdır"

Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

Nazir Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Beynəlxalq Teatr Festivalı keçiriləcək

Bu, ölkədə əlillik faizinin azaldılması ilə nəticələnə bilər

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün..."

Məktəblərdə İLK DƏFƏ

“Mənəvi quruculuq: gümrahlığın texnologiyaları”

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

"Rəhbər vəzifələrə maraq azalıb"

Qardaş Türkiyənin Şəhid ailələri, Qazilər, Hərbçilər Cəmiyyətləri millət vəkili ilə görüşüb

Dünyanın ən ölümcül infeksiyası

Facebook messencerinin işində problemlər yaranıb