Azərbaycan və İran arasında dəniz ticarətinin təhlükəsizliyi müzakirə edilib

15:33 02-10-2019 | icon 129 | İqtisadiyyat
Azərbaycan və İran arasında dəniz ticarətinin təhlükəsizliyi müzakirə edilib

Azərbaycan Xəzər dənizində İranın hərbi dəniz qoşunları ilə bütün səviyyələrdə konstruktiv əməkdaşlıq aparır.

 

Versus.Az xəbər verir ki, bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov İranın Bəndər-Abbas limanında İran HDQ-nin birinci bölgə üzrə komandanı 2-ci dərəcəli kapitan Müctəba Məhəmmədi ilə görüşündə bildirib.

 

Z.Hümmətov əlavə edib ki, gələcəkdə Azərbaycan və İran əməliyyat və təlim sahəsində daha effektiv əməkdaşlıq edəcək.

 

M.Məhəmmədi isə bildirib ki, Xəzər dənizində, Fars və Oman körfəzlərində ticarət donanmasının təhlükəsizliyini təmin etmək İran Hərbi Dəniz Qüvvələrinin öhdəsindədir.

 

Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov İranın Hərbi Dəniz Qoşunlarının komandanı admiral Hüseyn Xanzadinin rəsmi dəvəti ilə İrana səfər edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?