Qızlara düşən oğlanların sayı yenidən artdı

10:58 03-10-2019 | icon 61 | Cəmiyyət
Qızlara düşən oğlanların sayı yenidən artdı

Azərbaycanda 3 il ardıcıl müşahidə edilən nisbətən azalma tempindən sonra ölkədə yenidən hər 100 yenidoğulan qıza düşən oğlanların sayı yenidən artıb.

 

Versus.Az xəbər verir ki, 1990-cı idən sonra ölkədə yenidoğulan oğlanların sayının daha çox üstünlük təşkil etdiyi illər 2003 və 2009-cu illər olub. Həmin illərdə hər 100 qıza 118 oğlan düşüb.

 

2009-cu ildən sonra bu nisbət getdikcə müsbətə doğru dəyişib. Belə ki, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməli olduğu halda, 2010-cu ildə hər 100 qıza 118, 2011-2014-cü ildə 116, 2015- 2017-ci illərdə 114 oğlan düşüb. Lakin 2018-ci ildə bu nisbət yenidən artaraq 115-ə yüksəlib.

 

Ötən il ərzində şəhər yerləri üzrə qızlara düşən oğlanların say nisbəti dəyişilməz qalsa da, kənd yerlərində artım baş verib. Ötən il şəhər yerlərində hər 100 qıza 113 (2017-ci ildə 113), kənd yerlərində 116 (2017-ci ildə 114) olub.

 

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri elan ediblər ki, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın çatışmazlığı təhlükəsi davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, hazırda dünyanın bir sıra aktual problemlərindən biri uşaqların cinsə görə nisbətinin pozulmasıdır:

"Əfsuslar olsun ki, Azərbaycan da bu problemdən kənarda qalmayıb. Uşaqların cins nisbətinin pozulması əvvəllər o qədər də hiss olunmayan, lakin hazırda cəmiyyəti düşündürən məsələlər sırasında dayanır. Əgər bu disbalans təbii surətdə baş verirsə, müdaxilə etmək düzgün olmazdı. Təəssüflər olsun ki, bu proses bir çox hallarda təbii surətdə baş vermir".

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planı hazırlanıb ki, həmin sənədin də bu il qəbul edilməsi nəzərdə tutulur. /Trend/

 

Versus.Az

Xəbər lenti

Koronavirus şübhəsi ilə xəstəxanaya daha iki nəfər yerləşdirilib

Həkim müşahidələri davam edir

Sərdar Cəlaloğlunun müraciəti əsasında 4 məntəqədə seçkinin nəticələri ləğv edildi

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Bu DSK cəzalandırılacaq

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Başqa alternatimiviz qalmayacaq

Ermənilərin diversiya cəhdinin qarşısı alınıb, bir hərbçimiz şəhid olub

Yaşayış binasında baş verən yanğın söndürülüb

“Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi"

Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

Yığmamız Macarıstan, Slovakiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq

Maksim Medvedev “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib

Risk qrupuna daxil olan şagirdlərlə bağlı fərdi psixoloji-pedaqoji inkişaf planı hazırlanıb

“İşğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır”

Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən məktəbə 500-dək kitab hədiyyə olunub

Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələrə başlanılıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Yetmişə nə qaldı?..

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

İllər bir-birini əvəz etdikcə...

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Sabahın hava proqnozu