BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

11:20 03-10-2019 | icon 100 | Təhsil
BDU-nun 100 illik yubileyi Qazax filialında qeyd edilib

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi bu ali təhsil ocağının Qazax filialında qeyd edilib.

 

Universitetdən Versus.Az-a verilən məlumata görə, filialın Heydər Əliyev auditoriyasında keçirilən yubiley tədbirində BDU-nun rektoru Elçin Babayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, BDU-nun əməkdaşları, filialın müəllim-tələbə kollektivi iştirak edib.

 

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.

Filialın direktoru Arif Rüstəmov tədbir iştirakçılarını, müəllim və tələbələri Universitetin yaranmasının 100 illiyi münasibətilə təbrik edib. A.Rüstəmov Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə BDU-nun Qazax filialı kimi fəaliyyətə başlamış ali tədris müəssisəsində universitet və rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində təhsilin müasir tələblərə uyğun olaraq qurulması istiqamətində görülən işlərdən, ixtisaslı kadrların hazırlanması məqsədilə həyata keçirilən tədbirlərdən danışıb.

 

Rektor Elçin Babayev yubiley tədbirində çıxış edərək filialın müəllim və tələbələrini əlamətdar hadisə münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycanda milli təhsilin əsaslarının yaranmasında, elm və təhsilin inkişafında xüsusi xidməti olan Qazax Müəllimlər Seminariyasının və yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək Seminariyanın keçdiyi şanlı tarixi yoldan söz açıb, onun Azərbaycan təhsilinə saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin ziyalıların təhsilin inkişafı naminə gördüyü işlərin bugünkü gənc nəsil üçün əsl örnək olduğunu qeyd edib. Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyini diqqətə çatdıran rektor Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edildiyini, noyabr ayında böyük tədbirin keçiriləcəyini vurğulayıb.

Rektor, eyni zamanda, Qazax filialında müəllim və tələbələr üçün yaradılan şəraitdən, filialın mövcud vəziyyətindən və görülməsi nəzərdə tutulan işlərdən də danışıb.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbir iştirakçılarını BDU-nun 100 illik yubileyi münasibətilə təbrik edib. Ölkənin əsas təhsil ocağının filialının Qazaxda fəaliyyət göstərməsini Prezident İlham Əliyevin qazaxlılara olan diqqət və qayğısı kimi dəyərləndirib. Bildirib ki, BDU-nun 100 illik yubileyinin keçirilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncamda universitetin tarixini və fəaliyyətini yüksək qiymətləndirərək söylədiyi fikirlər ölkə təhsilinə, ziyalılığa verilən dəyərdir. İcra başçısı onu da qeyd edib ki, filialın gündən-günə inkişafı, rayondakı parlaq fəaliyyəti, gələcəkdə ictimai həyatımızın formalaşmasında fəaliyyət göstərəcək gənclərin ali təhsil almalarındakı rolu Qazax rayonunun yüz illərlə gələn təhsil mədəniyyətinin bundan sonrakı yüz illərdə də davam edəcəyinin nümunəsidir.

 

Sonra filialın riyaziyyat və informatika kafedrasının müdiri, professor Hüseyn Xəlilov və III kurs tələbəsi Səbinə Camalova çıxış ediblər.

Bakı Dövlət Universitetinin yeni bayrağı filiala hədiyyə edilib. Həmçinin bu il filiala 500-dən yüksək bal toplayaraq qəbul olan 3 nəfər tələbəyə rektor tərəfindən qiymətli hədiyyələr verilib.

 

Versus.Az

Xəbər lenti

Koronavirus şübhəsi ilə xəstəxanaya daha iki nəfər yerləşdirilib

Həkim müşahidələri davam edir

Sərdar Cəlaloğlunun müraciəti əsasında 4 məntəqədə seçkinin nəticələri ləğv edildi

Ailənin tək oğlu, Şəhid qardaşı cəbhə bölgəsinə göndərilməsin - TƏKLİF

Bu DSK cəzalandırılacaq

Gürcüstan azərbaycanlıları ana dilindən uzaqlaşdıran məqam - MÜSAHİBƏ

Başqa alternatimiviz qalmayacaq

Ermənilərin diversiya cəhdinin qarşısı alınıb, bir hərbçimiz şəhid olub

Yaşayış binasında baş verən yanğın söndürülüb

“Münhen Təhlükəsizlik Konfransında Ermənistanın yalanları ifşa edildi"

Los Anceles radiosunda Xocalı həqiqətlərindən danışılıb

Yığmamız Macarıstan, Slovakiya, Bosniya və Herseqovina ilə qarşılaşacaq

Maksim Medvedev “Qarabağ”ın heyətində 300-cü oyununu keçirib

Risk qrupuna daxil olan şagirdlərlə bağlı fərdi psixoloji-pedaqoji inkişaf planı hazırlanıb

“İşğalçı ilə işğala məruz qalana fərq qoyulmalıdır”

Tbilisidə Azərbaycan dilində fəaliyyət göstərən məktəbə 500-dək kitab hədiyyə olunub

Təhsili digər dildə aparılacaq uşaqlarla I sinfə qəbul üçün müsahibələrə başlanılıb

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

“Seçki ilə bağlı belə bir qanuna ehtiyac var” - MÜSAHİBƏ

“Bunun nəticəsində хəstəni şikəst еdən zədələr baş vеrir”

Prezident İlham Əliyevin Paşinyana “Münhen silləsi” …

“Xocalı üçün paylaş” Beynəlxalq Sosial Media Kampaniyası başlayır - İstanbulda virtual müharibə

Yetmişə nə qaldı?..

Bəhram Bağırzadə yeni kitabını təqdim etdi

Ağdaşın bir kəndində kəskin bronxit və suçiçəyi yayılıb

Səni bu günə kim salıb, Yardımlı?..

İllər bir-birini əvəz etdikcə...

MSK daha bir Seçki Dairəsi üzrə müraciətləri DSK-ya göndərib

Övladlığagötürmə ilə bağlı elektron müraciət qaydası açıqlanıb

Ləman Ələşrəfqızı və Afət Telmanqızına işlərinə qayıtmaq təklif olunub

Apteklər yeni ödəniş sisteminə cəlb ediləcək

 BSU-da üçtərəfli əməkdaşlıq haqqında müqavilə imzalanıb

Sabahın hava proqnozu