Türkdilli ölkələrin dövlət başçıları Bakıya gələcəklər

14:01 03-10-2019 | icon 165 | Gündəm
Türkdilli ölkələrin dövlət başçıları Bakıya gələcəklər

Bakıda keçiriləcək Türkdilli ölkələrin dövlət başçılarının X zirvə görüşündə iştirak etmək məqsədi ilə türkdilli ölkələrin dövlət başçılarının paytaxtımıza gəlişi gözlənilir.

 

Versus.Az trend-ə istinadən xəbər verir ki, bunu AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Dünya Türkologiya Mərkəzi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) yaradılmasının 10 illiyinə həsr olunan birgə tədbirdə tanınmış türkoloq, tarix elmləri doktoru Məmmədli Güllü Yoloğlu deyib.

 

Onun sözlərinə görə, 2009-cu il oktyabr ayının 3-də Naxçıvan şəhərində təşkil olunan Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Şurası və Türk Birliyi yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə həmin təşkilatların təsisçi üzvləridir:

"Bu yaxınlarda Özbəkistan da bu Sazişə qoşulub. Bundan əlavə, Macarıstan da müşahidəçi üzv kimi iştirak edir. Şura təsis olunduqdan sonra zirvə görüşləri "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Zirvə Görüşləri" adı altında Almatı, Bişkek, Nursultan, Bodrum və Qəbələ şəhərlərində keçirilib. Növbəti zirvə görüşünün də Azərbaycanda keçirilməsi qərara alınıb. Bu məqsədlə 14-15 oktyabrda türkdilli ölkələrin dövlət başçılarının Bakıda növbəti zirvə toplantısına gəlişi gözlənilir".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi