“Kvartal-95” Bakıya gəlir - VİDEO

15:50 03-10-2019 | icon 158 | Şou-biznes
“Kvartal-95” Bakıya gəlir - VİDEO

Ukraynanın məşhur yumor şousu “Kvartal-95” studiyası oktyabrın 24-də Bakıda, Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edəcək. Konsertin təşkilatçısı “Global Media Group” mediaholdinqidir.

 

Xatırladaq ki, “Kvartal-95” studiyası yumoristik məzmunlu proqramlar hazırlayan Ukrayna şirkətidir.

 

“95 Kvartal” Şən və Hazırcavablar Klubu komandası 2003-cü ildə “Kvartal-95” studiyası şirkətini yaradıblar. Onların əsas məqsədi orijinal yaradıcı ideyaların reallaşdırılması, öz televiziya layihələrinin və əyləncə şoularının istehsalı və tanıdılması idi.

 

2006-cı ildə KİV üzrə beynəlxalq reytinq müsabiqəsində “Kvartal-95” studiyasının kollektivi “Televiziyada ən əyləncəli proqram” nominasiyası üzrə Ukraynanın jurnalistika sahəsində ali mükafatı olan “Zolotoye Pero”ya layiq görülüb.

 

Şirkətin qurucusu və bədii rəhbəri Ukraynanın hazırkı Prezidenti Vladimir Zelenskidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?