Musiqi məktəbinin tələbələri Xalq artisti Faiq Sücəddinovla görüşüb

23:39 03-10-2019 | icon 140 | Mədəniyyət
Musiqi məktəbinin tələbələri Xalq artisti Faiq Sücəddinovla görüşüb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində Azərbaycan Respublikasının Xalq artisti, Əməkdar incəsənət xadimi, bəstəkar və pianoçu Faiq Sücəddinovla görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, görüş zamanı Faiq Sücəddinov müəllim və şagirdlərə Azərbaycan musiqisi, bəstəkarlıq məktəbi, müasir musiqilərimizdə mövcud istiqamət və meyillər haqqında danışıb. Onlara Azərbaycan bəstəkarlıq məktəbinə xas milli ənənələrlə Qərb musiqisinin vəhdətini konkret nümunələr üzərində izah edib.

 

Bəstəkar eyni zamanda öz yaradıcılığı haqqında, bəstəkar və pianoçu kimi keçdiyi yoldan məlumat verib.

İnteraktiv şəraitdə davam edən görüşdə Xalq artisti, Əməkdar incəsənət xadimi Faiq Sücəddinov “Vətən balladası”, “Dostum”, “Ağcaqanadın uçuşu”, “Xatirələr” və bəstələdiyi başqa musiqi əsərlərini ifa edib, müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

 

Görüşün sonunda bəstəkarla xatirə şəkli çəkilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi