Dillər Universitetində Konfutsi institutları günü qeyd olunub

14:10 04-10-2019 | icon 136 | Təhsil
Dillər Universitetində Konfutsi institutları günü qeyd olunub

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Konfutsi institutları gününə, eləcə də Çin mütəfəkkiri və filosofu Konfutsinin doğum gününə həsr olunmuş bayram tədbiri keçirilib.

 

ADU-dan Versus.Az-a verilən məlumata görə, açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığından danışıb, ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Çinə səfərləri zamanı imzalanmış sazişlərin əhəmiyyətini vurğulayıb. Konfutsi İnstitutunun əsas fəaliyyət istiqamətlərindən söz açan Rafiq Abbasov Trans-Avrasiya İqtisadi və nəqliyyat dəhlizlərinin yaradılmasına yönəlmiş Çin təşəbbüsü “Bir kəmər və bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın elmi tədqiqatların aparılması sahəsində ixtisaslaşdığını xüsusi qeyd edib.

 

ADU-nun Konfutsi İnstitutunun əməkdaşları qonaqları Çin dilinin yayılması, Çin dilinin və mədəniyyətinin tanıdılması üzrə Dövlət Dəftərxanasının fəaliyyəti, ADU-nun Konfutsi İnstitutunun təsis edilməsi üzrə rəsmi tərəfdaşı olan Huçjou Universitetinin Təhsil əlaqələri, Çin dili kurslarında qəbul və təlim qaydaları, Çində müxtəlif təcrübə və təhsil proqramları ilə tanış ediblər.

 

ADU tələbələrinin ifasında Çin ənənəvi mahnıları səsləndirilib, Çin gimnastikası Tay ciçuan elementləri nümayiş etdirilib. ADU-nun Konfutsi İnstitutunun əməkdaşları Çin xəttatlığı və Çin kağızdan kəsilmə sənəti üzrə ustad dərsləri keçiriblər.

 

Sonda ənənəvi Çin çay mərasimi və Çin milli geyimlərində fotosessiya keçirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi