Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətlərini başa çatdırıblar

16:31 04-10-2019 | icon 130 | Cəmiyyət
Könüllü gömrükçülər Mərkəzi Gömrük Hospitalında fəaliyyətlərini başa çatdırıblar

Könüllülük hərəkatının inkişafı çərçivəsində Dövlət Gömrük Komitəsində yaradılmış “Könüllü gömrükçü” dəstəsinin 9 nəfər üzvü Mərkəzi Gömrük Hospitalında 4 aylıq fəaliyyətlərini başa çatdırıblar.

 

Mərkəzi Gömrük Hospitalından Versus.Az-a verilən məlumata görə, bu münasibətlə hospitalın baş həkimi Elman Məmmədov könüllü gömrükçüləri Hospitalda uğurla fəaliyyət göstərdiklərinə görə təbrik edib və Hospitalın personalına dəstək olduqlarına görə onlara minnətdarlığını bildirib.

 

Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sistemində könüllülük fəaliyyəti göstərmək üçün könüllülük hərəkatının inkişafı çərçivəsində Dövlət Gömrük Komitəsində “Könüllü gömrükçü” dəstəsi yaradılmışdır. Gömrük orqanlarında ilkin olaraq 121 nəfər könüllü gömrükçüdən 9 nəfəri iyun ayının 24-dən etibarən Mərkəzi Gömrük Hospitalında könüllülük fəaliyyəti göstərib.

 

4 ay müddətində könüllü gömrükçülər: Cəlilli Gülşən, Mahmudova Nəfisət, Məmmədzadə Leyla, Nəbiyeva Elnarə, Qardaşova Cəmalə, Quluzadə Billur, Əsgərova Sevil, Hüseynova Elnarə və Əliyev Kənan bir neçə qrupa bölünərək Xəstə xidmətləri, Inzibati Idarərtmə, Cağrı mərkəzində, Sığorta şöbələrində xidmət göstərərək bu işlərin incəliklərinə yiyələniblər.

 

Biz könüllü gömrükçüləri bu münasibətlə təbrik edir, onlara təhsillərində və işlərində uğurlar arzulayırıq. Ümid edirik ki, könüllü gömrükçülərin Mərkəzi Gömrük Hospitalında əldə etdikləri bilik və bacarıqlar gələcəkdə onların işgüzar karyeralarında lazım olacaq.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Milli Məclisin ayrıca bir ittihamçı BƏYANATına ehtiyac var”

“Azərbaycan ultimatumla danışmağı məqbul saymır” - MÜSAHİBƏ

Bu tələbələrin təhsil haqqının ödənilməsi üçün yeni sistem istifadəyə verilib

Magistraturaya ayrılan yerlərin sayı məlum olub

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub