Deputat: "Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər"

16:58 04-10-2019 | icon 114 | Siyasət
Deputat: "Qarabağ qaziləri siyasi alətə çevrilmək istəmirlər"

"Qarabağ qaziləri mənə bildirdilər ki, bəzi siyasi qüvvələrin bizdən istifadə etməyinə icazə verməyəcəyik və onların bu əməllərini pisləyirik".

 

Versus.Az xəbər verir ki, bunu Binəqədi rayonu ərazisində SOCAR əməkdaşları ilə Qarabağ qaziləri arasında baş vermiş insidenti siyasiləşdirmək istəyən qüvvələrə qarşı etiraz olaraq hadisədə iştirak edən Qarabağ qazilərinin mətbuat konfransında çıxışı zamanı millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib.

 

Ç.Qənizadə deyib ki, qazilər Prezidentin siyasətini dəstəklədiklərini, hər zaman dövlət başçısının yanında olduqlarını qeyd ediblər:

 

"Qazilər mənə bildirdilər ki, biz hər hansı siyasi proseslərdə alət kimi istifadə edilməyə yox deyirik. Onlar bildirdilər ki, bu cür proseslərdə olmayacaqlar. Hesab edirəm ki, Qarabağ qazilərinin bu addımı düzgün addımdır. Çünki baş verən hər bir hadisədən bəzi qüvvələr dövlətə, Azərbaycana qarşı istifadə etməyə çalışırlar. Biz bu gün Azərbaycanda tam sabit və təhlükəsiz şəraitdə yaşayırıq. Baxmayaraq ki, müharibə şəraitindəyik. Belə bir dövrdə Qarabağ qazilərinin dövləti dəstəklədiyini və siyasi alətə çevrilmək istəmədiklərini bəyan etmələri olduqca vacibdir".

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hanı diplomatik bombalar?

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti

Ali təhsilli tibb bacısı ixtisası üzrə qəbul aparılacaq

İqbal Ağazadə QARABAĞIN AZADLIĞInı dilədi

"Şuşanıvur" heşteqi ilə qəzəbnak olmaq problemin həlli deyil

Deputat Azərbaycan xalqını təbrik etdi

Pandemiyanın “ikinci dalğası” gözlənilir?