Akademik Zərifə Əliyeva - 95

11:34 06-04-2018 | icon 357 | Cəmiyyət
Akademik Zərifə Əliyeva - 95

Konfrans keçirilib

 

Bakı Ürək Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş "Səhiyyədə müasir nailiyyətlər" mövzusunda konfrans keçirilib.

 

Versus.az xəbər verir ki, tədbirdə Milli Oftalmologiya Mərkəzinin, Respublika Diaqnostika Mərkəzinin (RDM) və digər tibb müəssisələrinin həkimləri iştirak ediblər.

Bakı Ürək Mərkəzinin baş həkimi Könül Xəlilova bildirib ki, Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib.

 

Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri Xəlil Hüseynov qeyd edib ki, oftalmologiya elminin inkişafı nəticəsində artıq oftalmoloji xəstəliklərin müalicəsində yeni üsullardan və texnologiyalardan istifadə edilir. Bu da ölkəmizdə bir çox xəstəliklərin müalicəsinə və mürəkkəb əməliyyatların həyata keçirilməsinə imkan yaradıb.

RDM-in diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı Ahmet Memiş son vaxtlar Azərbaycanda tibbin bu sahəsi üzrə görülən işlərdən danışıb.

Tədbir digər mütəxəssislərin çıxışları ilə davam edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qənirə Paşayeva Hatay vilayətində türk dünyası gəncliyinə çağırış edib

Ruhən "xəstə" olan insanlara meydan oxuyan xanım

Versus.Az Talk TV kollektivini təbrik edir

““Yeni” dediyiniz qüvvələr artıq özləri “köhnə”lərə qarmaq atırlar” - MÜSAHİBƏ

“Müxalifətin içərisinə 30 illik minalar basdırılıb” - MÜSAHİBƏ

“Mənim üçün şeir yazmaq Tanrıyla, kağızla ehtiraslanmaqdır”

İlyas İsmayılovun oğlu öldürüldü

Xərçəngin yayılmasının ağlagəlməz səbəbləri

Restoranlar barəsində tədbirlər görülməyə başlanıldı

APA-nın əməkdaşı prezidentdən kömək istədi - MÜRACİƏT

AXCP Oğuz rayon şöbəsinin sədrinə və üzvlərinə təzyiqlər davam edir

ALDP-də yağışdan sonra yaranan vəziyyət müzakirə edilib

Azərbaycanda müəllimlərin sertifikatlaşdırılmasına başlanacaq

"At qripi"

Əlil arabasında hərəkət edənlər də istifadə edə biləcək