“OSKAR” MÜKAFATINI QAZANACAQMI?

18:38 06-10-2019 | icon 166 | Film
“OSKAR” MÜKAFATINI QAZANACAQMI?

Park Cinema Flame Towersdə çoxdan gözləniln “JOKER” fiminin qapalı nümayişi baş tutdu. Filmin nümayişindən əvvəl tamaşaçıları indiki Jokerlə yanaşı ötən filmlərin qəhrəmanı olan Jokerləri canlandıran aktyorlar qarşılayırdı.

 

Kinoteatrın foyesində musiqi müşayiəti ilə qələbəlik, böyük bir canlanma var idi. Hamı, premyerası 2019-cu il avqustun 31-də 76-cı Venesiya festivalında nümayiş edilmiş və “QIZIL ŞİR” mükafatına layiq görülmüş “JOKER” filminin sədasına toplanmışdı.

 

Versus.Az-ın məlumatına görə, rejissor Todd Fillipsin psixoji janrda çəkdiyi “JOKER” trilleri Fillips və Skott Silverlə birlikde yazılan ssenari əsasında həyata keçirilib.

Baş rolda çəkilən Hoakin Feniks sözün əsl mənasında ekran əsərində bir möcüzə yaratmışdır.

 

Süjetə görə filmdə tamaşaçıya qatı bir cinayətkar təqdim olunur. Əslində isə Artur Flek sakit, sülhsevər, öz işinin vurğunu olan bir adamdır.

 

Filmdəki hadisələr 80-ci illərin əvvəllərində Qotem şəhərində baş verir. Uşaqlıqdan Artur stend-apkomik olmaq arzusu ilə yaşayır. Anası həmişə onu dünyaya təbəssümlə baxmağa çağırır. Amma indi ana xəstə olduğu üçün Artur anasına bacardığı qədər qulluq edir. Arturun öz həyatı isə uğursuzdur. Onu heç kəs vecinə belə almır və bacardıqca hamı aşağılayır. Belə olan halda Artur həyata və insanlara qarşı dəyişir və cinayətkara çevrilir. Onu ələ salan, ona qarşı gedən insanları bir-bir öldürür, intiqamını alır. Psixoloji vəziyyətə düşən adam gerçəklərin üstünü aşır və anasının canına belə qıyır.

 

Artur obrazını yaradan Hoakin Feniks isə dahi bir yaradıcı gücünə malik olan aktyordur.

Deyilənə görə artıq növbəti mükafat OSKAR ola bilər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlərin nahaq qanı bizi bağışlamasın

Rüstəm Usubovla bağlı daha bir SƏRƏNCAM

Havadan XƏBƏR var

Kolleclərə sənəd verən abituriyentlərin sayı açıqlanıb

Hanı diplomatik bombalar?

İşğalçı ölkənin riyakarlığının son həddi

“Müdafiə naziri Paşinyanın vertalyotunu vurmalıydı” - MÜSAHİBƏ

“Zəli ilə müalicə heç bir mənfi təsir vermir”

Sabahdan 8 günlük bayram tətili başlayır

Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Müəllimlərin onlayn müsahibələrinin nəticələri məlum olub

Partiya sədrindən RAMAZAN TƏBRİKİ

DADP sədri Azərbaycan xalqını təbrik etdi

Qaraciyər niyə böyüyür? - Səbəblər, fəsadlar

Qurd və parazitləri tökən balqabaq arağı resepti